Bakıda qadın sərnişinə zor tətbiq edən “Prius” sürücüsü CƏZALANDIRILDI - VİDEO
Bakıda “Prius” sürücüsü ilə qadın sərnişini arasında baş verən mübahisənin təfərrüatı bəlli olub.
Oxu.Az-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev bildirib ki, polisin keçirdiyi tədbirlərlə “Toyota Pirus” markalı avtomobilin sürücüsü müəyyən olunub:
“Araşdırma zamanı məlum olub ki, sürücü mübahisə etdiyi şəxslə əvvəldən tanışdı. Onlar arasında şəxsi münasibətlər zəminində mübahisə baş verib. Həmin qadın onun müştərisi olmayıb.
Sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə protokol tərtib olunub”.
Qeyd edək ki, bu maddənin tələblərinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur.
Digər Xəbərlər
21 Sentyabr 2026 23:07
Bakıda təmir edilən yol yenidən ÇÖKDÜ - VİDEO
21 Sentyabr 2026 10:10
Bakıda tədbirdə monitor qadının üstünə aşıb - VİDEO
21 Sentyabr 2026 08:49
Bilgəhdə batanlar tələbə imiş - VİDEO
21 Sentyabr 2026 08:25
Bakıda 10 otaqlı yaşayış evində yanğın olub
21 Sentyabr 2026 08:01
38 yaşlı kişi faciəvi şəkildə öldü - VİDEO
18 Sentyabr 2026 19:04
Bakıda kişi marketdə autizmli uşağının gözü qarşısında arvadını döydü - VİDEO
17 Sentyabr 2026 09:02
Lənkərandakı ağır qəzada ölənlərin kimliyi bilindi -YENİLƏNİB
17 Sentyabr 2026 08:51


Bakı -°C

