Bakıda məktəbdən oğurluq edildi

Bakıda məktəbdən, idman zalından və evdən oğurluq edən şəxs tutulub.
DİN-dən Adalet.az-a verilən məlumata görə, Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinə Bakıxanov qəsəbəsində yerləşən tam orta məktəblərin birindən 2 ədəd noutbuk, 2 ədəd monitor və 2 ədəd lobzikin, bir idman zalından 800 manat pul, noutbuk, qol saatı, skaner və “DVR”, inşa olunan bir evdən isə 1000 manat dəyərində 3 ədəd laqunda və 2 ədəd drilin oğurlanması barədə müraciətlər daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqları törətməkdə şübhəli bilinən Bakı şəhər sakini V.İsmayılov müəyyən edilərək saxlanılıb.
Araşdırma aparılır.
Digər Xəbərlər

Polis əməliyyat keçirdi - 881 kiloqram çətənə kolu aşkarlandı - VİDEO

Bakıda marketlərdən oğurluq edən 2 nəfər saxlanıldı

Klinika direktoru arvadını sevgilisinə görə güllələyib - TƏFƏRRÜAT
