Bakıda kişinin qulağını kəsdilər
Bakıda orta yaşlı kişinin qulağı kəsilib.
Hadisə Binəqədi rayonunda qeydə alınıb.
Belə ki, 1967-ci il təvəllüdlü Cələbov Cələb Fətulla oğlu naməlum şəxs və ya şəxslərlə mübahisə zamanı onun qulağı kəsilib. Daha sonra isə bədəninə bıçaq zərbəsi vurulub.
Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.(report)
Digər Xəbərlər
01 May 2024 09:43