Bakıda itkin düşən şəxs asılmış vəziyyətdə tapıldı
Bakının Qaradağ rayonunun Səngəçal qəsəbəsindəki hərbi hissənin ərazisində intihar hadisəsi baş verib.
Bu barədəOxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.
Mayın 26-da hərbi hissə üçün tikilən yeməkxananındamından 1993-cü il təvəllüdlü fəhlə Hüseyn Babayevin meyiti tapılıb. Gənc özünü elektrik naqili ilə asıb.
İstintaq zamanı müəyyən edilib ki, H. Babayev mayın 24-də itkin düşüb. O, 17:00 radələrində evdən çıxıb və o vaxtdan bəri heç kim onu görməyib.
Faktla bağlı Rayon Prokurorluğu tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, H. Babayevin özünə qəsd etməsinin səbəbi dəqiqləşdirilir.
Digər Xəbərlər
02 May 2024 09:27
Sumqayıtda 15 yaşlı qız itkin düşüb
30 Aprel 2024 11:53Ötən gün 3 azyaşlı xilas edildi - VİDEO
30 Aprel 2024 11:30Azərbaycanda sevgilisi tərəfindən yandırılan qadın ölüb
30 Aprel 2024 10:10Bakıda zəncirvari qəza: 9 avtomobil toqquşdu
30 Aprel 2024 10:02