Bakıda əməliyyat - Saxlanılanlar var - VİDEO
Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar keçirilib.
Adalet.az xəbər verir ki, tədbir zamanı narkokuryerlik etməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş 38 yaşlı Cavid Quliyevdən 3 kiloqram marixuana və heroin, 35 yaşlı Qurban Əliyevdən 20 kiloqram heroin, metamfetamin və marixuana, 21 yaşlı Rahib Hüseynovdan 22 kiloqrama yaxın marixuana, metamfetamin və tiryək, 32 yaşlı Zamin Abdullayevə məxsus avtomobildən isə 3 kiloqram marixuana və həşiş aşkarlanıb. Əməliyyatlar zamanı ümumilikdə 48 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.
Araşdırmalarla müəyyən edilib ki, saxlanılan şəxslər narkotik vasitələri ayrı-ayrı ünvanlara çatdıraraq paytaxt ərazisində qanunsuz dövriyyəsini təşkil etməyi planlaşdırıblar.
Faktlarla bağlı cinayət işləri başlanılıb. Məhkəmənin qərarı ilə saxlanılan şəxslərin hər biri barəsində həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən cari ilin əvvəlindən keçirilən əməliyyatlar zamanı ümumilikdə 234 kiloqram narkotik vasitə və psixotrop maddə qanunsuz dövriyyədən çıxarılıb.
Digər Xəbərlər
15 Iyul 2026 16:19
14 il şiddət görən qadının əri saxlanıldı
13 Iyul 2026 13:18
Binəqədidə civə satmaq istəyənlər saxlanıldı - VİDEO
11 Iyul 2026 12:10
Fatimənin qatili hava limanında SAXLANILDI - VİDEO
11 Iyul 2026 09:42
Azərbaycanlını aldadıb 1,5 milyonluq qızılını əlindən aldılar
09 Iyul 2026 20:00
Bakıda kişi arvadını azyaşlı övladının gözü qarşısında güllələdi - YENİLƏNİB
08 Iyul 2026 17:48
Kiberpolis “Any Unboxing” dələduzluq piramidasına qarşı əməliyyat keçirdi - VİDEO
08 Iyul 2026 13:48
İrandan Azərbaycana narkotikin keçirilməsinin qarşısı alındı
07 Iyul 2026 13:31


Bakı -°C

