Bakı şəhər prokuroruna mətbuat üzrə köməkçi təyin edilib
Bakı şəhər Prokurorluğunda yeni təyinat olub.
APA-nın məlumatına görə, Baş prokuror Zakir Qaralovun imzaladığı müvafiq əmrlə Tural Çingiz oğlu Aslanov Bakı şəhər prokurorunun ictimaiyyətlə əlaqələr üzrə köməkçisi vəzifəsinə təyin olunub.
O, bundan əvvəl Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin istintaq idarəsinin böyük prokuroru vəzifəsində çalışıb.
T. Aslanovun adı Baş Prokurorluğun veb saytında prokurorluq orqanlarının kütləvi informasiya vasitələri və qeyri-hökumət təşkilatları ilə əlaqələrə görə məsul olan əməkdaşlarınınsiyahısına əlavə edilib.
Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov yeni təyinatı təsdiqləyib.
Digər Xəbərlər
28 Aprel 2024 15:42
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - VİDEO
28 Aprel 2024 12:14Səhiyyə Nazirliyinin rəhbərliyi akademik Zərifə Əliyevanın xatirəsini yad edib - FOTOLAR
28 Aprel 2024 11:04Cümhuriyyəti yıxan, işğala rəvac verən BOLŞEVİK NÖKƏRLƏRİ
28 Aprel 2024 10:01Bu tarixlərdə telefon və kompüterlərdən istifadə etməyin - Bakı sakinlərinə XƏBƏRDARLIQ
28 Aprel 2024 00:37