Bakı İlahiyyat Kolleci yaradılıb
“Azərbaycan İlahiyyat İnstitutu” publik hüquqi şəxsin yanında “Bakı İlahiyyat Kolleci” publik hüquqi şəxs yaradılıb.
Bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.
Qərarla Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə bu Qərarın 2.1-ci bəndində qeyd edilənlər istisna olunmaqla, “Publik hüquqi şəxslər haqqında” qanunun 8.2-ci maddəsi ilə publik hüquqi şəxsin təsisçisinin səlahiyyətlərinə aid edilmiş digər məsələləri həll etməlidir.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi kollecin dövlət qeydiyyatına alınması üçün “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanunu ilə müəyyən edilmiş qaydada tədbirlər görməli, qərardan irəli gələn digər məsələləri həll etməlidir.
Kollecin fəaliyyətinin təmin edilməsi üçün tələb olunan xərclərin maliyyələşdirilməsi məqsədilə Maliyyə Nazirliyi zəruri tədbirlər görməlidir.
İqtisadiyyat Nazirliyi dövlət qeydiyyatına alındığı gündən kollecin inzibati bina ilə təmin edilməsi məsələsinin həlli barədə təkliflərini iki ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidir.
Digər Xəbərlər
07 Yanvar 2026 16:44
Azərbaycanda 300-dən çox qadın fəlsəfə doktoru olub
06 Yanvar 2026 15:29
Zemfira Vəliyeva vəfat etdi
05 Yanvar 2026 18:12
Bu müəllimlərin maaşına əlavə üçün 20,1 milyon manat yönəldiləcək
30 Dekabr 2025 21:30
Deputat müəllim kimi işləməyə BAŞLADI
30 Dekabr 2025 21:03
Elmi dərəcə və elmi ad almış 66 iddiaçıya diplom və attestatlar verildi
30 Dekabr 2025 13:21
Bu il 3416 müəllim MİQ-də qazanaraq işlə təmin olunub
30 Dekabr 2025 13:07
Azad olunmuş ərazilərdə 21 ümumi təhsil müəssisəsi tikilib
27 Dekabr 2025 13:05


Bakı -°C

