adalet.az header logo
  • Bakı -°C
23 Oktyabr 2026 10:00
76
İQTİSADİYYAT
A- A+

Gələn il heç bir şəhər və rayona dotasiya ayrılmayacaq

Gələn il Azərbaycanda 67 şəhər və rayonun heç birinə dotasiya ayrılmayacaq.

Adalet.az “Report”a istinadən xəbər verir ki, bu, “2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.

Qeyd edilib ki, gələn il büdcə gəlirlərinin 39 milyard 254 milyon manat, büdcə xərclərinin isə 42 milyard 400 milyon manat olacağı gözlənilir.