“Bakcell”in dəstəyi ilə boolood İçərişəhərin əsrlərə şahidlik edən qala divarları önündə
30 may tarixində Boolood komandası mövsümün ikinci tədbirini İçərişəhərin qala divarlarının yaxınlığında, Bakının ən tanınmış tarixi məkanlarından biri olan Qoşa Qala Qapısının ətrafında keçirib.
Tədbir Azərbaycanın innovasiya lideri “Bakcell”in dəstəyi ilə baş tutub.
Beləliklə, Bakı sakinləri və şəhərin qonaqları unikal fürsət əldə ediblər — gündüz İçərişəhərin dar küçələrində gəzərək əsrlərin tarixini hiss etmək, axşam isə müasir Bakının dinamik atmosferinə qoşulmaq imkanı qazanıblar.
Gecənin hedlaynerləri beynəlxalq səhnənin tanınmış artistləri olub. “Afro House” və “Melodic House” janrlarının yüksələn simalarından olan JUNO dərin ritmləri və emosional melodiyaları ilə çıxış edib. Tədbirdə həmçinin “melodic house” və “indie dance” səhnəsinin tanınmış prodüserlərindən biri olan LUCH səhnə alıb. Onun musiqiləri Keinemusik, Black Coffee, RÜFÜS DU SOL və Adriatique kimi dünya şöhrətli sənətçilər tərəfindən dəstəklənir.
Gecə ərzində Azərbaycanın tanınmış DJ-lərindən Ronfoller də çıxış edərək iştirakçılara unudulmaz musiqi təcrübəsi yaşadıb.
Bu dəfəki məkan 16 may tarixində keçirilmiş əvvəlki tədbirlə müqayisədə daha kiçik olsa da, tədbirə təxminən 8 min nəfər qatılıb. Marağın yüksək olması səbəbindən təşkilatçılar tədbirdən bir həftə əvvəl pulsuz GA zonası üçün qeydiyyatı dayandırıblar.
Boolood komandası artıq növbəti layihəsini də elan edib. Mərkəzi Nəbatat Bağında keçiriləcək tədbirin bu yayın ən böyük və ən çox müzakirə olunan hadisələrindən birinə çevriləcəyi gözlənilir.
Ətraflı məlumat almaq, pulsuz GA zonası üçün qeydiyyatdan keçmək və VIP zona biletlərini əldə etmək üçün bld.az saytına daxil olmaq mümkündür.
Qeyd edək ki, 30 may tarixində keçirilən boolood tədbirinin rəsmi tərəfdaşları “Bakcell”, “Coca-Cola” və Bir Bonus olub.
Digər Xəbərlər
16 Iyun 2026 17:26
Bakcell “AI Strategy Summit | Baku 2026” tədbirinin əsas tərəfdaşı oldu
12 Iyun 2026 15:43
Dövlət və özəl qurumların adından fişinq mesajları göndərilir -XƏBƏRDARLIQ
11 Iyun 2026 18:31
Bakcell “Signature Gala Night” tədbirinin tərəfdaşı oldu
08 Iyun 2026 16:59
Bakcell yeni baş icraçı direktor təyinatını elan edib
06 Iyun 2026 19:18
Titotto: "Ağıllı şəhər"lər "ağıllı" materiallara ehtiyac duyur
06 Iyun 2026 17:27
Apple ChatGPT-ni batırır - SİRİ-yə yenilik gəlir
05 Iyun 2026 09:16
“Süni intellektin insanı sürətlə alətə, vasitəyə çevirmək təhlükəsi...”
01 Iyun 2026 16:37


Bakı -°C

