“Bakcell” “Müasir Marketinqin Əsasları Azərbaycan Nəşri”nə qoşulub
İnnovasiya və sürət lideri "Bakcell", dünya şöhrətli marketinq nəzəriyyəçisi Filip Kotlerin 100 ölkəni əhatə edən Müasir Marketinqin Əsasları (Essentials of Modern Marketing) qlobal təşəbbüsünə qatılıb. Qısa zamanda dünya və Azərbaycan oxucularına təqdim olunacaq kitabda ölkənin aparıcı şirkətlərinin uğur hekayələri yer alacaq.
Adalet.az xəbər verir ki, “Kotler Impact” tərəfindən idarə olunan qlobal layihədə təqdim olunan kitab silsiləsi hər bir ölkəyə özəl yanaşma ilə hazırlanaraq yerli bizneslərin uğurlarını qlobal marketinq prinsipləri ilə birləşdirir. Layihə çərçivəsində artıq 25-dən çox ölkənin, o cümlədən Avropa ölkələri, Braziliya, Hindistan, Pakistan, Türkiyə və s. bazarları haqqında nəşr edilən kitablar oxucuların böyük marağına səbəb olub. Azərbaycan nəşri ölkəmizin biznes mühitini beynəlxalq səviyyədə tanıtmağa, o cümlədən yerli marketinq mütəxəssislərinə qlobal təcrübədən yararlanmaq imkanı verəcək.
"Bakcell" bu layihəyə dəstək verməklə Azərbaycanın və regionun innovativ marketinq yanaşmalarının inkişafına töhfə verməyi hədəfləyir.
Filip Kotler haqqında
Müasir marketinqin atası və 80-dən çox kitabın müəllifi olan Filip Kotler, marketinq sahəsində inqilabi nəzəriyyələr yaradaraq, dünya miqyasında biznesin inkişafına təsir göstərib. O, marketinqi psixologiya və iqtisadiyyatla birləşdirərək, müasir marketinqin elmi əsaslarını formalaşdırıb.
Ən məşhur əsərlərindən biri olan “Marketing Management” kitabı dünya universitetlərində marketinq dərsliklərinin əsas qaynağı kimi istifadə olunur. Onun nəzəriyyələri şirkətlərin müştəriyönümlü strategiyalar qurmasına və qlobal bazarlarda rəqabət üstünlüyü əldə etməsinə imkan yaradır.
“Bakcell” haqqında
“Bakcell” Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda “Bakcell” üç milyondan çox müştərini yüksək innovativ, keyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Şirkət süni intellektə əsaslanan həllər vasitəsilə Azərbaycanın davamlı inkişafına töhfə verir və Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biridir.
“Bakcell” müxtəlif ölkələrdə telekommunikasiya, enerji, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən “NEQSOL Holding” beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.
Digər Xəbərlər
15 Sentyabr 2026 10:55
“Bakcell”dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
15 Sentyabr 2026 10:21
Süni intellekt həqiqətən bu qədər təhlükəli gücə çatıb?
14 Sentyabr 2026 09:17
Süni intellekt şirkətlərindən etiraf: Nəzarəti itiririk
09 Sentyabr 2026 06:39
“WhatsApp” bu telefonlarda artıq işləməyəcək
08 Sentyabr 2026 11:25
“Bakcell” “Peerstack Academy” tələbələri üçün hakaton keçirdi - FOTOLAR
08 Sentyabr 2026 07:02
Süni intellekt bu peşəni sərt şəkildə vurdu: 40 min gənc bir gecədə işsiz qaldı
04 Sentyabr 2026 11:12
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
01 Sentyabr 2026 08:27


Bakı -°C

