Bacı-qardaş imtahansız universitetlərə qəbul olundu

Azərbaycanda bacı-qardaş imtahansız ali məktəbə qəbul olunublar.
Adalet.az xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat paylaşılıb.
Bildirilib ki, Lənkəran rayonunun Tütəpeştə kəndindən olan Respublika Fənn Olimpiadasının bürünc medalçısı Şirinli Məlahət Rafiq qızı imtahansız Bakı Ali Neft Məktəbinin Kimya mühəndisliyi (tədris ingilis dilində) ixtisasına qəbul olunub.
M.Şirinli 2024-cü ildə FLEX (Gələcək Liderlərin Mübadiləsi) proqramını qazanaraq bir təhsil ili ərzində ABŞ-da orta məktəbdə təhsil alıb. O, ötən il buraxılış imtahanında mümkün 300 baldan 292.3 bal toplayıb
Lənkəranın Xolmili kənd tam orta məktəbinin məzunu, Respublika Fənn Olimpiadasında ikiqat bürünc medalçısı, Beynəlxalq Kibertəhlükəsizlik Olimpiadasının bürünc medalçısı Şirinli Əliyyiəkbər Rafiq oğlu imtahansız ADA Universitetinin Kompüter elmləri (tədris ingilis dilində) ixtisasına qəbul olunub.
Digər Xəbərlər

Azərbaycanda təhsil alan xarici tələbələrin sayı artıb

Xarici ölkə prokurorluqlarının nümayəndələri Qarabağ Universitetində olublar - FOTOLAR

600-dən yuxarı bal toplayan 127 gənc Qarabağ Universitetini seçib

Peşə məktəblərinə tələbə qəbulunun II mərhələsi başlayır

Bağça müəllimi olmaq istəyənlər test imtahanı verəcək

"600-dən yuxarı bal toplasa da, ali təhsil müəssisələrinə qəbul ola bilməyib"

Ali məktəblərə boş qalan plan yerlərinin sayı açıqlandı
