"600-dən yuxarı bal toplasa da, ali təhsil müəssisələrinə qəbul ola bilməyib"
Bu il IV qrup üzrə imtahan verən 9 nəfər, III qrup üzrə imtahan verən 1 nəfər 600-dən yuxarı bal toplasa da, ali təhsil müəssisələrinə qəbul ola bilməyiblər.
Adalet.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Mətbuatla iş və elektron kommunikasiya sektorunun müdiri Xanlar Xanlarzadə İTV-nin "Xəbərimiz var" verilişinin efirində deyib.
Onun sözlərinə görə, bəzən cəmiyyətdə həmin abituriyentlər seçimlərini doğru etmədikləri üçün qınanılırlar:
"Biz onların ərizələrinə baxanda məqsədli abituriyentlər olduğunu görürük. Tutaq ki, tibbi ixtisasını istəyən şəxs yalnız həmin ixtisası qeyd edib və digər ixtisasları yazmayıblar. DİM ixtisas seçimindən əvvəl müsabiqə vəziyyətini təhlil edib yayımlamışdı. Həmin abituriyentlər rəqib saylarına və plan yerlərinə baxıb təhlil aparmalı idilər".
DİM rəsmisi əlavə edib ki, bu kimi hallarda həmin şəxslərə hər hansı güzəşt tətbiq edilmir:
"Ya qalan boş plan yerlərində iştirak edə bilərlər, ya da yenidən növbəti ildə imtahan verə bilərlər".
Digər Xəbərlər
23 Mart 2026 12:12
Prezident Şamaxı Avropa liseyinin yeni binasının açılışında iştirak etdi - FOTOLAR
19 Mart 2026 10:39
Dövlət qulluqçularının əməkhaqqı sistemində əlavələr ləğv edildi
18 Mart 2026 19:00
Ağalı kənd məktəbinə yeni direktor təyin edildi
18 Mart 2026 11:15
TKT imtahanına qeydiyyat aparılır
17 Mart 2026 14:47
Azərbaycan Universitetində Dünya Sosial İş Günü qeyd olunub
17 Mart 2026 14:20
Xaricdə ali təhsil alan 181 nəfər peşə tanınması imtahanı verib
17 Mart 2026 13:23
Məktəbdə uşağı döyənlər 200 manat cərimələnəcək
17 Mart 2026 12:04


Bakı -°C

