adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
05 Iyun 2020 17:16
44885
LAYİHƏ

AZIX - TARİXİMİZİN İLK ÜNVANI

(əvvəli ötən sayımızda)

Sonra zaman Azıx mağarasının kəşfininnə demək olduğunu bizə anlatdı. Onda öyrəndik ki, dünya coğrafiyasında 4-cüpillədə dayanan bu tapıntı həm də həmin mağarada 700 min il bundan əvvəl mağarada ocaq qalandığını və bu ocaq ətrafındamüxtəlif izlərin olması ölkəmizin qədimliyinə, tariximizin zənginliyinə əyani bir sübutdu. Çox böyük təəssüfləvurğulamaq istəyirəm ki, Sovetlər dönəmində digər abidələrimizə olan laqeydmünasibət Azıx mağarasından da yan keçməmişdi. Bu laqeydlikdən istifadə edəndüşmənlərimiz, yəni ermənilər öncə mağaranın adını dəyişib onu erməniləşdirməyə,yəni "Azof" kimi yazmağa,tarixə əlavə etməyə cəhd göstərdilər, daha sonra mağaradakı tapıntıların ermənilərə aidolduğunu aid etdilər. Hətta bu məsələ ətrafındamüəyyən fikirlər yaratmağa çalışmışdılar. Professor Məhəmmədəli Hüseynovbu barədə bizimlə söhbətlərində dəfələrlə vurğulamışdı ki, onun "ermənitarixini saxtalaşdırmaqda günahlandırıb, hətta partiya üzvliyi məsələsini gündəməgətirmişdilər".

Bəli, yaxşı ki, tariximizin,alimimizin, elimizin qədrini bilən, ona dəyər verən millət fədailəri, millətsevənlərimiz var. Məhz onların köməkliyi, onların dəstəyi professor MəhəmmədəliHüseynov erməni böhtanından, erməni şərindən xilas edə bilmişdi.

Bu gün həmin o söhbətlərixatırlayanda yadıma ermənilərin hələ 1960-cı ildən Azıxa olan iddialarını1989-cu ildə dahva böyük, daha açıq şəkildə gerçəkləşdirmək uğrunda apardıqlarıişğalla yekunlaşması düşür. Bəlli olur ki, məkrli düşmən tariximizə uzatdığı qara əlinə hələki Azıxın"yaxası" keçib. Amma bu tarix həmişə təkrar olunduğundan biz mütləq oqara əlləri kəsəcək, Azıxın qədimliyinin Azərbaycana məxsus olduğunu özünəqaytaracağıq.

Bəlli olduğu kimi tariximizinelə məqamları var ki, onları hər gün xatırlamaq, hər gün təqdir və təbliğ etməklazımdır. Çünki düşmən olmayan tarixini, olmayan keçmişini bizdən daha çox və daha canlı, necə deyərlər, nüfuzedici bir şəkildədünyaya tirajlayır. Bəlli tariximizi yazmaqdan, deməkdən bəzən ya çəkinirik, yaərincəklik göstəririk, ya da buna laqeyd yanaşırıq. Düşünürük ki, biz öz kimliyimizi bilirik, bilmək istəyənlər də zəhmətçəkib özləri öyrənsinlər. Ancaq unuduruq ki, tarix elə bir soyuq və sərtsilahdır ki, onu göstərmək, onu tanıtmaq lazımdır. Əks halda zamanın sürətitarixin özünü tarixin arxivinə atır.

Bax bu prizmadan yanaşanda ondaməlum olur ki, 400 min ilə yaxın yaşı olan "Azıx adamı" cənubi Qafqazda, lap dəqiqi isə Azərbaycandainsanlığın qədimliyini, sivilizasiyanın başlanğıcını göstərir.

Əgər bura Qobustan qayalıqlarının, daha doğrusu,qayalar üzərindəki rəsmləri əlavə etsək, onda mədəniyyət tariximizin də yaşını az-çox müəyyənləşdirə bilərik.

Arxeoloqların apardığıqazıntılar və araşdırmalar zamanı məlum olmuşdu ki, sahəsi 800 kvadrat metrolan Azıx mağarasının içərisində 600 m uzunluğunda 8 dəhliz var. Bu dəhlizlərinbəzilərinin hundürlüyü 25 metri keçir.Maraqlı burasıdır ki, həmin dəhlizlərin bir-birilə əlaqəsi ancaq mağaranın ortasından başlayır. Təxmin edilirki, bu mağaranın içərisindən Şuşa istiqamətində yeraltı yol da olub.Ümumiyyətlə biz həminmağaraya daxil olanda da və hər gəlişimizdəfərqli məqamların şahidi olurduq. Bu məqamlardanbiri də mağaranın içərisindəki ana heykəlinə bənzəyən buz abidəni gözdənkeçirəndə insanın ağlına müxtəlifobrazlar, hətta miflər gəlir. Doğrudur, Qarabağişğal edildikdən sonra ermənilər Azıx mağarası ilə bağlı müxtəlif tədbirlərkeçirib, konfranslar təşkil ediblər, hətta həmin buz heykəli "erməniananın buz heykəli" adlandırıblar.Bu nə qədər gülünc olsa da onlarbundan da çəkinməyiblər.

Bəli, Azıx mağarasındaarxeoloq, professor Məmmədəli Hüseynovun 1960-cı ildən 1968-ci ilə qədərapardığı inadlı qazıntılar nəticəsində nəhayətki, Azıx adamının çənəsi tapılmışdır. Həmin tapıntı üzərində aparılan elmi tədqiqat nəticəsində məlum olmuşdurki, neandertal tipə məxsus olan bu çənənini sahibi Azıx mağarasında 400 min il bundan öncə yaşamışdı.Üstəlik alimlər onu da sübut etmişlər ki, çənə sümüyü üzərində qalmış azı dişi18 yaşlı qadına məxsusdur.

Alimlər bununla yanaşı onu damüəyyənləşdirmişdilər ki, həmin dövrün orta yaş həddi 20-22 il olub.

Bütün bu elmə məlum edilmiş həqiqətlərbir daha onu göstərir ki, Azərbaycan ərazisiqədim insanların məskunlaşdığı ərazilərdən biridir. Yəni bu coğrafi məkanda sivilizasiyanın yaşıkifayət qədər qədimdir. Digər tərəfdən mağarada aparılan qazıntılar zamanıpoleolit və mezolit dövrlərinə aid olandaş alətlər burada həyat əlamətlərinin işartılarıdı. Yəni insanlar yaşamaq üçün mübarizə aparmağı bacarmışlar. Onlar kənd təsərrüfatı, ovçuluq və digər təsərrüfatnövlərilə məşğul olmuşlar. ÜmumiyyətləAzıx mağarası öz qədimliyini, həm də öncə söylədiyimiz tapılmış çənəsümüyü ilə də təsdiq edir. Tarixi araşdırmalar sübut edir ki, Azıx mağarasındatapılan nümunələrin oxşarı dünyanın daha 3 ölkəsindədir. Fransada, Tanzaniyadavə Kenyada aşkarlanmışdı. Zənnimizcə bu, hələ lap qədim dövrlərdən insanlarınyerdəyişməsi və yaxud da digər iqtisadi əlaqələri ilə bağlıdı.

Azıx mağarasında aparılan qazıntılarzamanı tapılmış müxtəlif heyvanlara məxsusbu ərazidə ekologiyanın, təbiətin də zənginliyindənxəbər verir. Hətta burada qazıntılar zamanı tapılmış 45 min heyvana məxsussümüyün hər biri də bu dediyimizi sübut edir.

Bu, bir həqiqətdir ki, həminheyvanların bir çoxunun nəsli kəsilib.Amma bu gün də həmin heyvanların müəyyən qisminin təmsilçiləri həm ərazidə,həm də dünyanın başqa yerlərində mövcuddur.

Xüsusilə bu mağaralardatapılmış ayı kəllələri mağaranın adının da hardan qaynaqlandığını müəyyən mənada ifadə edir.Çünki araşdırmaçıların fikrinəgörə, "Azıx" sözünün mənası "ayı" deməkdir.

Əgər düşmənlərimiz, yəni erməni şovinsitləri, millətçilərbir anlıq vicdanlarının səsinə qulaq assalar, onda dərk edərlər ki, qədim türk sözü olan Azıx nəyi özündə ifadə edir vəbu sözün, bu dilin sahibi kimlərdir.

Göründüyü kimi mağaradakı5 ocaq yeri və onun qalıqları tariximizin qədmliyinin göstəricisiolmaqla yanaşı oda sitayişin də bir izinin həmin mağaraya gedib çıxdığını büruzəverir. Bütün bunlar isə öz növbəsində Azərbaycantarixinin ən qədim dövrünü özündə əksetdirən Azıx mağarasının kimə məxsusluğunubirmənalı şəkildə ortaya qoyub.

ƏBÜLFƏT MƏDƏTOĞLU

Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir.