adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
13 Iyun 2019 17:53
45375
LAYİHƏ

AZIX - TARİXİMİZİN İLK ÜNVANI

Sonra zaman Azıxmağarasının kəşfinin nə demək olduğunu bizə anlatdı. Onda öyrəndik ki, dünyacoğrafiyasında 4-cü pillədə dayanan bu tapıntı həm də həmin mağarada 700 min ilbundan əvvəl mağarada ocaq qalandığını vəbu ocaq ətrafında müxtəlif izlərin olması ölkəmizin qədimliyinə, tariximizin zənginliyinə əyani bir sübutdu. Çox böyük təəssüfləvurğulamaq istəyirəm ki, Sovetlər dönəmində digər abidələrimizə olan laqeydmünasibət Azıx mağarasından da yan keçməmişdi. Bu laqeydlikdən istifadə edəndüşmənlərimiz, yəni ermənilər öncə mağaranın adını dəyişib onu erməniləşdirməyə,yəni "Azof" kimi yazmağa,tarixə əlavə etməyə cəhd göstərdilər, daha sonra mağaradakı tapıntıların ermənilərə aidolduğunu aid etdilər. Hətta bu məsələ ətrafındamüəyyən fikirlər yaratmağa çalışmışdılar. Professor Məhəmmədəli Hüseynovbu barədə bizimlə söhbətlərində dəfələrlə vurğulamışdı ki, onun "ermənitarixini saxtalaşdırmaqda günahlandırıb, hətta partiya üzvliyi məsələsini gündəməgətirmişdilər".

Bəli, yaxşı ki,tariximizin, alimimizin, elimizin qədrini bilən, ona dəyər verən millət fədailəri,millət sevənlərimiz var. Məhz onların köməkliyi, onların dəstəyi professor MəhəmmədəliHüseynov erməni böhtanından, erməni şərindən xilas edə bilmişdi.

Bu gün həmin osöhbətləri xatırlayanda yadıma ermənilərin hələ 1960-cı ildən Azıxa olaniddialarını 1989-cu ildə dahva böyük, daha açıq şəkildə gerçəkləşdirmək uğrundaapardıqları işğalla yekunlaşması düşür. Bəlli olur ki, məkrli düşmən tariximizə uzatdığı qara əlinə hələki Azıxın"yaxası" keçib. Amma bu tarix həmişə təkrar olunduğundan biz mütləq oqara əlləri kəsəcək, Azıxın qədimliyinin Azərbaycana məxsus olduğunu özünəqaytaracağıq.

Bəlli olduğukimi tariximizin elə məqamları var ki, onları hər gün xatırlamaq, hər gün təqdirvə təbliğ etmək lazımdır. Çünki düşmən olmayan tarixini, olmayan keçmişini bizdəndaha çox və daha canlı, necə deyərlər,nüfuzedici bir şəkildə dünyaya tirajlayır. Bəlli tariximizi yazmaqdan, deməkdənbəzən ya çəkinirik, ya ərincəklik göstəririk, ya da buna laqeyd yanaşırıq.Düşünürük ki, biz öz kimliyimizibilirik, bilmək istəyənlər də zəhmət çəkib özləri öyrənsinlər. Ancaq unuduruqki, tarix elə bir soyuq və sərt silahdır ki, onu göstərmək, onu tanıtmaq lazımdır.Əks halda zamanın sürəti tarixin özünü tarixin arxivinə atır.

Bax bu prizmadanyanaşanda onda məlum olur ki, 400 min ilə yaxın yaşı olan "Azıxadamı" cənubi Qafqazda, lap dəqiqiisə Azərbaycanda insanlığın qədimliyini, sivilizasiyanın başlanğıcını göstərir.Əgər bura Qobustan qayalıqlarının, dahadoğrusu, qayalar üzərindəki rəsmləri əlavə etsək, onda mədəniyyəttariximizin də yaşını az-çox müəyyənləşdirəbilərik.

Arxeoloqlarınapardığı qazıntılar və araşdırmalar zamanı məlum olmuşdu ki, sahəsi 800 kvadratmetr olan Azıx mağarasının içərisində 600 m uzunluğunda 8 dəhliz var. Bu dəhlizlərinbəzilərinin hundürlüyü 25 metri keçir.Maraqlı burasıdır ki, həmin dəhlizlərin bir-birilə əlaqəsi ancaq mağaranın ortasından başlayır. Təxmin edilirki, bu mağaranın içərisindən Şuşa istiqamətində yeraltı yol da olub.Ümumiyyətlə biz həminmağaraya daxil olanda da və hər gəlişimizdəfərqli məqamların şahidi olurduq. Bu məqamlardanbiri də mağaranın içərisindəki ana heykəlinə bənzəyən buz abidəni gözdənkeçirəndə insanın ağlına müxtəlifobrazlar, hətta miflər gəlir. Doğrudur, Qarabağişğal edildikdən sonra ermənilər Azıx mağarası ilə bağlı müxtəlif tədbirlərkeçirib, konfranslar təşkil ediblər, hətta həmin buz heykəli "erməniananın buz heykəli" adlandırıblar.Bu nə qədər gülünc olsa da onlarbundan da çəkinməyiblər.

Bəli, Azıxmağarasında arxeoloq, professor Məmmədəli Hüseynovun 1960-cı ildən 1968-ci iləqədər apardığı inadlı qazıntılar nəticəsindənəhayət ki, Azıx adamının çənəsi tapılmışdır. Həmin tapıntı üzərindəaparılan elmi tədqiqat nəticəsində məlumolmuşdur ki, neandertal tipə məxsusolan bu çənənini sahibi Azıx mağarasında 400 min il bundan öncəyaşamışdı. Üstəlik alimlər onu da sübut etmişlər ki, çənə sümüyü üzərindəqalmış azı dişi 18 yaşlı qadına məxsusdur. Alimlər bununla yanaşı onu da müəyyənləşdirmişdilərki, həmin dövrün orta yaş həddi 20-22 il olub.

Bütün bu elmə məlumedilmiş həqiqətlər bir daha onu göstərir ki, Azərbaycan ərazisi qədim insanların məskunlaşdığı ərazilərdənbiridir. Yəni bu coğrafi məkandasivilizasiyanın yaşı kifayət qədər qədimdir. Digər tərəfdən mağarada aparılanqazıntılar zamanı poleolit və mezolit dövrlərinə aid olan daş alətlərburada həyat əlamətlərininişartılarıdı. Yəni insanlar yaşamaq üçünmübarizə aparmağı bacarmışlar. Onlarkənd təsərrüfatı, ovçuluq və digər təsərrüfat növlərilə məşğul olmuşlar.Ümumiyyətlə Azıx mağarası öz qədimliyini,həm də öncə söylədiyimiz tapılmış çənə sümüyü ilə də təsdiq edir. Tarixiaraşdırmalar sübut edir ki, Azıx mağarasında tapılan nümunələrin oxşarıdünyanın daha 3 ölkəsindədir. Fransada, Tanzaniyada və Kenyada aşkarlanmışdı. Zənnimizcəbu, hələ lap qədim dövrlərdən insanların yerdəyişməsi və yaxud da digəriqtisadi əlaqələri ilə bağlıdı.

Azıx mağarasında aparılan qazıntılarzamanı tapılmış müxtəlif heyvanlara məxsusbu ərazidə ekologiyanın, təbiətin də zənginliyindənxəbər verir. Hətta burada qazıntılar zamanı tapılmış 45 min heyvana məxsussümüyün hər biri də bu dediyimizi sübut edir.Bu, bir həqiqətdir ki, həmin heyvanların bir çoxunun nəsli kəsilib. Amma bu gün də həmin heyvanların müəyyənqisminin təmsilçiləri həm ərazidə, həm də dünyanın başqa yerlərində mövcuddur.Xüsusilə bu mağaralarda tapılmış ayı kəllələri mağaranın adının da hardanqaynaqlandığını müəyyən mənada ifadəedir. Çünki araşdırmaçıların fikrinə görə,"Azıx" sözünün mənası "ayı" deməkdir. Əgər düşmənlərimiz, yəni erməni şovinsitləri, millətçilərbir anlıq vicdanlarının səsinə qulaq assalar, onda dərk edərlər ki, qədim türk sözü olan Azıx nəyi özündə ifadə edir vəbu sözün, bu dilin sahibi kimlərdir.

Göründüyükimi mağaradakı 5 ocaq yeri və onun qalıqları tariximizin qədmliyiningöstəricisi olmaqla yanaşı oda sitayişin dəbir izinin həmin mağaraya gedibçıxdığını büruzə verir. Bütün bunlar isə öz növbəsində Azərbaycan tarixinin ən qədim dövrünü özündə əks etdirən Azıx mağarasının kimə məxsusluğunu birmənalı şəkildə ortayaqoyub.

ƏBÜLFƏTMƏDƏTOĞLU