“Bu göstəriciyə görə Azərbaycanda dünyada ən yaxşı onluğa daxildir”
“Prezident İlham Əliyev Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə çıxışı zamanı qeyd etdiyi vacib istiqamətlərdən biri də valyuta ehtiyatlarımızın xarici borcumuzu 20 dəfə üstələməsi ilə bağlı idi. 2026-cı il valyuta ehtiyatlarımızın artması baxımından vacib illərdən biridir. 2025-ci ilin sonunda Azərbaycanın strateji valyuta ehtiyatları 85,1 milyard dollar idisə bu ilin bu göstərici artıq 90 milyard dollardan çoxdur”.
Adalet.az xəbər verir ki, bunu millət vəkili Vüqar Bayramov deyib.
O, bildirib ki, Azərbaycan strateji valyuta ehtiyatları ümumi daxili məhsuldan (ÜDM) çox olan azsaylı dövlətlərdən biridir:
“Belə ki, Azərbaycanın valyuta ehtiyatları illik ÜDM-i 12 faiz üstələyir. Bu göstəriciyə görə Azərbaycanda dünyada ən yaxşı onluğa daxildir. Bu eyni zamanda ölkə iqtisadiyyatında möhkəm təhlükəsizlik yastığının formalaşmasından xəbər verir. Hazırda Dövlət Neft Fondunun 73 milyard dollar aktivləri var. 2025-ci ilin sonunda 11,5 milyard dollar olan Mərkəzi Bankın ehtiyatları isə 2026-cı ildə 15,3 milyard dollaradək yüksəlib. 2026-cı ilin geridə qalan aylarında nəzərdə tutulan fiskal öhdəliklərin yerinə yetirilməsi ilə yanaşı, valyuta ehtiyatlarındakı artım sistemli iqtisadi siyasətin nəticəsi kimi qiymətləndirilməlidir. Göründüyü kimi, Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət dayanıqlı iqtisadi inkişaf hədəflərini nəzərə alınmaqla daha strateji müddətdə iqtisadi təhlükəsizliyin davamlı qorunmasına imkan yaradır”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
30 Sentyabr 2026 12:29
Rəqəmsal səyyahlara işgüzar səfər vizası veriləcək
30 Sentyabr 2026 10:17
“Ona görə də məhdudiyyətin Azərbaycana dəqiq maliyyə təsirini hesablamaq...”
29 Sentyabr 2026 14:58
Rusiyadan Azərbaycana 1 milyondan artıq nağd pulun çıxarılması QADAĞAN EDİLDİ
29 Sentyabr 2026 10:27


Bakı -°C

