adalet.az header logo
  • Bakı -°C
29 Avqust 2026 21:40
66
GÜNDƏM
A- A+

Azərbaycanlı tır sürücüləri İran sərhədini tərk edə bilmirlər - 100 min manatlıq məhsul xarab oldu - VİDEO

Azərbaycanlı yük maşını sürücüləri 15 gündür ki, onları İranda  saxlayıblar və maşındakı yükləri xarab olub.

Adalet.az-ın məlumatına görə. sürücülər deyirlər ki, məhsulu İrandan Rusiyaya sifariş əsasında aparmalı imişlər. Ancaq uzun müddət gözləmələri onların həm özləri, həm də daşıdıqları yüklər üçün ciddi problemlər yaradıb.

"Xəzər Xəbər"in qaynar xəttinə müraciət edən sürücülər deyirlər ki, hər TIR-da təxminən 20 ton ərik var. Əriyin bir kiloqramını 7 manatdan hesablayanda, bu o deməkdir ki, hər maşında 80-100 min manatlıq məhsul xarab olub. Sürücülər 15 gündür İranda çətin şəraitdə qaldıqlarını bildirirlər:

Sürücülərin sözlərinə görə, Rusiya tərəfi, daha doğrusu, məhsulun gətirilməsini sifariş edən firma yüklərin xarab olduğunu əsas gətirərək onları qəbul edə bilməyəcəyini deyir. İran tərəfi isə xarab olmuş məhsulu boşaltmağa icazə vermir. Hazırda sürücülər İran-Astara gömrük məntəqəsində maşınların içərisində xarab olmuş yüklərlə nə edəcəklərini bilmirlər. Onlar bildirirlər ki, hər keçən gün vəziyyət daha da çətinləşir.

Həmin sürücülərə məhsulun gətirilməsini sifariş edən firmanın rəsmiləri ilə əlaqə saxlamağa çalışsaq da, bu mümkün olmadı.

Yerli aidiyyəti qurumlarn isə məsələnin araşdırılacağını bildirdilər.