Yol polisindən sürücülərə çağırış
Baş Dövlət Yol Polisi İdarəsi həftəsonu ilə əlaqədar yollarda hərəkət intensivliyinin artması, eyni zamanda bəzi ərazilərdə müşahidə olunan yağışlı və küləkli hava şəraiti sürücülərdən daha diqqətli və məsuliyyətli olmağa çağırıb.
Bu barədə Adalet.az-a idarədən məlumat verilib.
Bildirilib ki, idarə hərəkət iştirakçılarına hava və yol şəraitini düzgün qiymətləndirməyi, sürət həddini mövcud şəraitə uyğun seçməyi, ara məsafəsini artırmağı, kəskin manevr və ani tormozlamadan çəkinməyi tövsiyə edib: "Xüsusilə yağış zamanı yol örtüyünün sürüşkən olması və görmə məsafəsinin azalması nəzərə alınmalı, küləkli havada isə nəqliyyat vasitəsinin idarəetmədən çıxma ehtimalına qarşı ehtiyatlı davranılmalıdır.
Səfərə çıxmazdan əvvəl nəqliyyat vasitəsinin texniki sazlığına, xüsusilə şinlərin, işıq cihazlarının və şüşəsilənlərin vəziyyətinə diqqət yetirilməsi vacibdir.
Həftəsonunu xoş və təhlükəsiz keçirmək üçün hər kəsi yol hərəkəti qaydalarına ciddi əməl etməyə, özünün və digər hərəkət iştirakçılarının təhlükəsizliyinə həssas yanaşmağa çağırırıq".
Digər Xəbərlər
28 Avqust 2026 23:49
Türkiyənin Bakıdakı səfirliyində 30 Avqust Zəfər bayramı qeyd edilib - YENİLƏNİB
28 Avqust 2026 22:00
Bu ərazilərdə tikilən evlərə sənəd verilməyəcək - RƏSMİ
28 Avqust 2026 19:43
Hesablama Palatası iki dövlət qurumunda yoxlamalar aparıb
28 Avqust 2026 19:32


Bakı -°C

