adalet.az header logo
  • Bakı -°C
30 Avqust 2026 00:35
69
DÜNYA
A- A+

Bu gün Türkiyədə Zəfər Bayramıdır

Bu gün Türkiyədə ölkənin ən önəmli günlərindən biri 30 Avqust - Zəfər Bayramı qeyd olunur.

Adalet.az xəbər verir ki, 1922-ci ilin avqustun 26-da başlayan “Baş komandanlıq meydan müharibəsi” həmin il avqustun 30-da Dumlupınarda Mustafa Kamal Atatürkün baş komandirliyi ilə qələbə ilə nəticələnib.

Türkiyə ordusu bu qələbə sayəsində işğalçı orduların ölkə hüdudlarından kənara çıxarılmasına nail olub.

Bu tarix 1926-cı ildən etibarən Türkiyədə Zəfər Bayramı olaraq qeyd olunur.