"Əhmədli" stansiyasında sərnişin qatar yoluna düşdü
Bu gün saat 18:40 radələrində "Əhmədli" stansiyasında sərnişin (qadın) qatar yoluna düşüb.
Adalet.az xəbər verir ki, dərhal təmas relsindən yüksək gərginlik çıxarılıb, təcili tibbi yardım çağırılıb.
Sərnişinin stansiya yolundan çıxarılması üçün müvafiq tədbirlər görülüb, qatar yolundan çıxarılmış sərnişin polisə təhvil verilib.
Hadisə ilə bağlı hüquq-mühafizə orqanları araşdırma aparır.
Yüksək gərginlik bərpa edildikdən sonra qatar yola salınıb. Hadisə ilə bağlı intervalda 9 dəqiqəlik yubanma yaranıb.
Digər Xəbərlər
28 Avqust 2026 19:43
Hesablama Palatası iki dövlət qurumunda yoxlamalar aparıb
28 Avqust 2026 17:39
DTX Vətən müharibəsi iştirakçıları ilə görüş təşkil etdi
28 Avqust 2026 16:46
Bu küçədə hərəkət məhdudlaşdırıldı
28 Avqust 2026 13:13


Bakı -°C

