"Azərbaycanla sülh sazişini gecikdirmədən imzalamağa hazırıq" - Mirzoyan

"Biz dəfələrlə Azərbaycanla sülh sazişini daha da gecikdirmədən imzalamağa hazır olduğumuzu bildirmişik".
Adalet.az xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan 45-ci Frankofoniya Nazirlər Forumunda bildirib.
Nazir qeyd edib ki, bu gün dünyada baş verən hadisələr həqiqətən də çoxlu narahatlıq doğurur: "Biz münaqişələrin və böhranların sayının artması, çoxtərəfli institutların zəifləməsi və beynəlxalq hüququn aliliyi ilə xarakterizə olunan mürəkkəb geosiyasi dövrdə yaşayırıq.
Ermənistan “Frankofoniya regionunda böhranlı vəziyyətlər, onların aradan qaldırılması və sülhün möhkəmləndirilməsi haqqında Qətnamə”ni alqışlayır, burada biz Frankofoniya regionunda mövcud təhlükəsizlik təhdidlərini hərtərəfli həll etməyə və onların aradan qaldırılması yollarını göstərməyə nail olduq.
Biz qətnamənin 1991-ci il tarixli Alma Atanın bəyannaməsi sazişinə əsasən dövlətlərin ərazi bütövlüyünə hörmət əsasında Ermənistan və Azərbaycan arasında sülh prosesini dəstəkləməsini vacib hesab edirik.
Ermənistan regionda davamlı sülhün bərqərar olması gündəliyinin təşviqinə yönəlmiş səylərini davam etdirməyə sadiqdir. Biz dəfələrlə Azərbaycanla sülh sazişini daha gecikdirmədən imzalamağa hazır olduğumuzu bildirmişik. Əminəm ki, Frankofoniya ailəsinin dəstəyi sülh prosesinə müsbət təkan verəcək".
Digər Xəbərlər

Ərdoğan: Biz terror təşkilatını fəaliyyət imkanından məhrum etdik

Ərdoğandan “Terrorsuz Türkiyə” şərhi

Rusiya Polşaya nota verdi

ABŞ Dövlət Departamenti 1300-dən çox diplomatı işdən çıxarır

Ankarada FETÖ-nün maliyyə şəbəkəsinə zərbə: 16 nəfərə həbs qərarı

"Rusiya qələbəyə yaxınlaşır, Ukrayna uduzdu" - Orban

Moskva bazarında azərbaycanlılar saxlanıldı - VİDEO
