Azərbaycanın pərakəndə ticarət dövriyyəsi artıb
Bu ilin yanvar-may aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində istehlakçılara 21,5 milyard manatlıq, o cümlədən 12,1 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 9,4 milyard manatlıq qeyri-ərzaq malları satılıb.
Adalet.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,3 %, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,8 %, qeyri-ərzaq malları üzrə 5,2 % artıb.
Hesabat dövründə alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 51,4 %-i ərzaq məhsullarının, 4,9 %-i içkilər və tütün məmulatlarının, 13,1 %-i toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,8 %-i avtomobil benzini və dizel yanacağının, 4,5 %-i elektrik malları və mebellərin, 2,4 %-i əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,3 %-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 16,6 %-i isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.
Qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılmış malların dəyəri əvvəlki ilin eyni dövrü ilə müqayisədə real ifadədə 3,3 % artaraq ümumi pərakəndə ticarət dövriyyəsinin 99,7 %-ni təşkil edib.
Son 1 ildə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 10,3 %, fərdi sahibkarlar üzrə 0,2 %, bazar və yarmarkalarda 1,2 % artıb.
Hesabat dövründə pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 421,3 manatlıq, o cümlədən 237,1 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 184,2 manatlıq qeyri-ərzaq malları alıb.
Digər Xəbərlər
29 Sentyabr 2026 14:58
Rusiyadan Azərbaycana 1 milyondan artıq nağd pulun çıxarılması QADAĞAN EDİLDİ
29 Sentyabr 2026 10:27
2027-ci ildə minimum əməkhaqqı nə qədər ola bilər?
29 Sentyabr 2026 09:48
Manatın məzənnəsi ilə bağlı mühüm: Devalvasiya riski...
28 Sentyabr 2026 19:13
Transxəzər marşrutu üçün 55 milyardlıq investisiya...
28 Sentyabr 2026 17:22
Gələn il minimum əməkhaqqı nə qədər arta bilər?
28 Sentyabr 2026 11:14
“Kredit bitməmiş kasıbın ömrü bitir”
28 Sentyabr 2026 10:37
“Bir müştərinin eyni bankda hətta 6-7 və ya daha çox kartının olması mümkündür”
28 Sentyabr 2026 10:10


Bakı -°C

