Azərbaycanın dövlət sərhədində erməni diversantlar SAXLANILDI - YENİLƏNİB
May ayının 26-da Azərbaycan-Ermənistan dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Ermənistan Silahlı Qüvvələrinin təxribat-diversiya qrupu tərəfindən Azərbaycan Respublikasının dövlət sərhədinin pozulması cəhdinin qarşısı alınmışdır.
DSX-dan Adalet.az-a verilən xəbərə görə, sərhəd-döyüş məntəqəsində xidmətdə olan hərbi qulluqçuların sayıqlığı nəticəsində təxribat-diversiya qrupunun hərəkəti vaxtında aşkarlanaraq zəruri tədbirlər görülmüş və nəticədə Ermənistan Silahlı Qüvvələrinin 2 hərbi qulluqçusu saxlanılmışdır.
Diversiya qrupunun digər üzvləri ərazinin mürəkkəb relyefə malik olmasından istifadə edərək geri qaçmışlar.
Əməliyyat şəraiti nəzarətdə saxlanılır.
19:58
Bir qrup erməni diversantı Zəngilan istiqamətində dövlət sərhədini yarıb keçməyə cəhd edib.
Adalet.az xəbər verir ki, bu barədə “Caliber” məlumat yayıb.
Məlumata görə, erməni diversantlarının bu cəhdinin qarşısı alınıb.
Azərbaycan Silahlı Qüvvələri tərəfindən düşmən diversiya-kəşfiyyat qrupu zərərsizləşdirilib. İki diversant saxlanılıb.
Digər Xəbərlər
15 Sentyabr 2026 17:13
Xırdalanda qumbara partladı - 19 yaşlı qız öldü
15 Sentyabr 2026 11:52
Bu yolda hərəkət edən sürücülərin diqqətinə - Qatı duman var
15 Sentyabr 2026 11:01
1200 yaşı olan qəbiristanlığı dağıtdılar - VİDEO
15 Sentyabr 2026 09:56
5 nəfərin öldüyü hadisədən tək o sağ çıxmışdı - Ailədəki 3-cü müəllim də vəfat etdi
14 Sentyabr 2026 18:36
Bakıda yeniyetmənin müəmmalı ölümündə “Roblox” izi - Baş Prokurorluqdan çağırış
14 Sentyabr 2026 17:54
“Sovetski”də söküntü ərazisindən meyit tapıldı
14 Sentyabr 2026 17:13
Altı gün əvvəl qəzaya düşmüş qadın xəstəxanada öldü
14 Sentyabr 2026 16:25


Bakı -°C

