Azərbaycanın 9 universiteti “Avropanın ən yaxşı universitetləri" siyahısında
Ali təhsil sahəsi üzrə dünyanın aparıcı tədqiqat və reytinq siyahılarını təqdim edən “QS Quacquarelli Symonds” təşkilatı Avropanın ən yaxşı universitetlərinin reytinqini açıqlayıb.
Elm və Təhsil Nazirliyindən Adalet.az-a bildirilib ki, sözügedən siyahıda təmsil olunan Azərbaycanın 9 universitetindən 7-nin mövqeyində ötən ilə nisbətən irəliləmə müşahidə edilib. Sumqayıt Dövlət Universiteti isə ilk dəfə “Avropanın ən yaxşı universitetlərinin reytinq siyahısı”na daxil olub.
Reytinqdə təmsil olunan bütün Azərbaycan universitetlərinin “Akademik nüfuz” və “İşəgötürənlər arasında nüfuz” göstəriciləri yaxşılaşıb. Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət İqtisad Universiteti “Akademik nüfuz” indikatoru üzrə Avropanın 200 ən yaxşı universiteti siyahısına, “Müəllim-tələbə nisbəti” indikatoru üzrə Bakı Dövlət Universiteti və Sumqayıt Dövlət Universiteti Avropanın 100 ən yaxşı universiteti siyahısına daxil olub.
“Məşğulluq nəticələri” indikatoru da Azərbaycan universitetlərinin yüksək nəticələr əldə etdiyi istiqamətlərdən biridir. “Məzunların məşğulluğu” göstəricisi üzrə Bakı Dövlət Universiteti, “İşəgötürənlər arasında nüfuz” indikatoru üzrə isə Azərbaycan Dövlət İqtisad Universiteti ölkədə 1-ci yerdədir.
Ali təhsil müəssisələrinin elmi-tədqiqat fəaliyyətinin qiymətləndirilməsi zamanı istifadə olunan “Beynəlxalq elmi əməkdaşlıq” indeksi üzrə Bakı Dövlət Universiteti Azərbaycan universitetləri arasında ən yüksək göstəriciyə malikdir. Xəzər Universiteti isə “Məqalə üzrə istinad sayı” indikatoru üzrə Avropanın 20 ən yaxşı universiteti arasındadır. “Dayanıqlı inkişaf məqsədləri sahəsində nailiyyətlər” indikatoru üzrə Azərbaycan Dövlət İqtisad Universiteti ölkədə ən yüksək mövqeni tutur.
Qeyd edək ki, “Avropanın ən yaxşı universitetlərinin reytinq siyahısı”nda Cənubi Qafqaz regionu üzrə Azərbaycan ən çox sayda universitetlə təmsil olunur.
Digər Xəbərlər
18 Sentyabr 2026 15:37
Azərbaycan Universitetində Dövlət Suverenliyi Gününə həsr olunmuş tədbir
18 Sentyabr 2026 10:24
Lənkəran Dövlət Universiteti və Lənkəran Dövlət Peşə Təhsil Mərkəzi birgə kadr hazırlığına başladı
16 Sentyabr 2026 17:50
Türkiyə-Azərbaycan Universitetində Bilik Günü qeyd olundu
16 Sentyabr 2026 11:05
Nazir ƏMR İMZALADI: Yeni dərs ilində...
16 Sentyabr 2026 10:20
“Birinci sinfə gələn uşağın artıq illərlə formalaşmış dil təcrübəsi var”
15 Sentyabr 2026 16:20
LDU-da yeni tədris ilinə start verildi
15 Sentyabr 2026 12:35
Azərbaycan Universitetində 2026/2027-ci tədris ilinə start verilib
15 Sentyabr 2026 12:12


Bakı -°C

