Ali təhsil müddəti 3 ilə endirilir?
Azərbaycanda turizm sahəsində kadr hazırlığının sürətləndirilməsi üçün ali təhsil müddətinin 4 ildən 3 ilə endirilməsi təklif edilib.
Adalet.az xəbər verir ki, bu təkliflə deputat Göydəniz Qəhrəmanov Milli Məclisin noyabrın 17-də keçirilən plenar iclasında 2027-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı çıxış edib.
Deputat, həmçinin paytaxtın Yasamal rayonunda ictimai nəqliyyatın təkmilləşdirilməsinin vacibliyini diqqətə çatdırıb. Onun sözlərinə görə, rayonun əhalisinin sıx olması və ərazidə çoxsaylı ali təhsil müəssisələrinin yerləşməsi, xüsusilə dərs saatlarında sərnişin axınının artmasına səbəb olur.
Göydəniz Qəhrəmanov bildirib ki, universitetlərin böyük hissəsinin “Elmlər Akademiyası” metro stansiyasının yaxınlığında yerləşməsi bu ərazidə nəqliyyat yükünü daha da artırır. Bu səbəbdən həmin istiqamətdə avtobus marşrutlarının sayının artırılmasına və ictimai nəqliyyat imkanlarının genişləndirilməsinə ehtiyac var.
Deputat turizm sektorunun inkişafının ixtisaslı mütəxəssislərə tələbatı artırdığını vurğulayıb. O hesab edir ki, turizm ixtisasları üzrə ali təhsil müddətinin 3 ilə endirilməsi gənclərin əmək bazarına daha tez daxil olmasına, xidmət sektorunun isə tələb olunan kadrlarla vaxtında təmin edilməsinə şərait yarada bilər.
Digər Xəbərlər
17 Noyabr 2026 11:14
“7-ci sinif "Ədəbiyyat" dərsliyində şagirdlərə şərab təriflənir, qətl niyyətindən bəhs edilir.
17 Noyabr 2026 11:10
Dərsliklərin ictimai müzakirəsində iştirakçılıq səviyyəsi arzuolunan həddə deyil - Rəsmi
16 Noyabr 2026 09:53
Məktəblərdə payız tətili başladı
13 Noyabr 2026 13:31
LDU tələbələrindən paytaxtın uşaq evlərinə növbəti sitrus sovqatı
13 Noyabr 2026 09:15
Tələbələrin İsfəndiyar Axundovla görüşünü AzMİU təşkil etməyib - AÇIQLAMA
12 Noyabr 2026 18:01
Azərbaycan Universitetində Xaqani Şirvaninin 900 illik yubileyi qeyd olunub
10 Noyabr 2026 11:53
5 günlük tətil başlayır - TARİXLƏR AÇIQLANDI
09 Noyabr 2026 21:00


Bakı -°C

