Azərbaycanda “TikTok”a qoyulan məhdudiyyət aradan qaldırıldı

Bu gün saat 18:00-dan etibarən Azərbaycan ərazisində “TikTok” sosial şəbəkəsinin fəaliyyətinə tətbiq edilmiş müvəqqəti məhdudiyyət aradan qaldırılıb.
Adalet.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti məlumat yayıb.
“Elektron Təhlükəsizlik Xidməti vətəndaşları sosial şəbəkələrdə paylaşım edərkən Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə və sosial şəbəkə inzibatçılarının müəyyən etdiyi qayda və şərtlərə riayət etməyə çağırır”, - deyə məlumatda bildirilir.
Digər Xəbərlər

“Bakcell” bu həftə 1 avtomobil, 7 “iPhone 17” hədiyyə edəcək!

Həyəcan dolu anlar - daha bir “Zeekr 001” qalibi bəlli oldu!

"Bakcell" abunəçiləri üçün həyəcanlı anlar- Növbəti “Zeekr 001” avtomobilinin qalibi sən ola bilərsən

İnstaqrama yeni qayda gəlir

"Bakcell" lotereyasında 2-ci "Zeekr 001" səni gözləyir!

Böyük Britaniyada “TikTok”un işçiləri kütləvi ixtisar oluna bilər

Bakcell media nümayəndələri üçün Qarabağa səfər təşkil etdi - FOTOLAR
