Azərbaycanda mal əti bahalaşdı
Biləsuvar rayonunda mal ətinin satış qiyməti qalxıb.
Adalet.az xəbər verir ki, artıq bir neçə gündür ki, mal əti bahalaşıb.
Satıcıların sözlərinə görə, bazarda mal ətinin qiymətində 1-2 manat artım var: "İndi mal ətinin 1 kq-ın 13-14 manata satırılır. Əvvəl isə ətin qiyməti 12 manat idi".
Buna səbəb kimi diri mal-qaranın qiymətinin qalxması göstərilir.
Diri mal-qara satıcıları isə deyir ki, rayonda yem bahalaşdığı üçün bu da öz növbəsində diri heyvanların qiymətinə təsir edib: "Hazırda quru yonca bağlamasının qiyməti 6-7 manat arasında dəyişir. Amma keçən il bu qiymət 4-5 manat idi".
Həmçinin satıcıların sözlərinə görə, quzu ətinin qiyməti isə təxminən 1 ay öncə qalxıb. /Report
Digər Xəbərlər
02 Aprel 2026 12:22
Nağd xarici valyutanın alışı satışını 51 milyon dollar üstələyib
02 Aprel 2026 11:32
Üçünün bir məqsədlə birləşməsi nəyisə dəyişə biləcəkmi? - İqtisadçı
31 Mart 2026 17:38
Azərbaycan-Türkiyə biznes tərəfdaşlığı müzakirə edildi
31 Mart 2026 11:21


Bakı -°C

