Azərbaycanda körpə doğuş vaxtı öldü - YENİLƏNİB
Oktyabrın 31-də saat 10:30-da Zaqatala rayon Yengiyan kənd sakini 2000-ci il təvəllüdlü şəxs "38-39 həftəlik hamiləlik, baş gəlişi, dölyanı mayenin vaxtından əvvəl getməsi" diaqnozu ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına daxil olub.
Bu barədə Adalet.az-ın Şimal-qərb bürosunun sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.
Qeyd olunub ki, 01.11.2024-cü il tarixində saat 03:25-də doğuş baş tutub. Doğuş fəsadsız keçib, lakin 3500 qr çəkidə ölü döl doğulub.
02.11.2024-cü il tarixdə zahı evə yazılıb.
Ölü döl təşrih üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Zaqatala Rayon şöbəsinə təhvil verilib. Ölümün dəqiq səbəbi ekspertizanın rəyindən sonra məlum olacaq.
***
13:22
Zaqatalada doğuş zamanı körpə ölüb.
Adalet.az xəbər verir ki, hadisə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Doğum Şöbəsində qeydə alınıb.
Belə ki, rayonun Yengiyan kənd sakini 2000-ci il təvəllüdlü S.Məmmədova doğuş üçün xəstəxanaya müraciət edib. Noyabrın 1-də baş tutan doğuş zamanı körpə ölüb.
Hadisə ilə bağlı müvafiq ekspertizalar təyin olunub.
Faktla bağlı araşdırma aparılır.
Digər Xəbərlər
02 Noyabr 2026 18:14
“Şəki Yaylası”ndakı faciənin səbəbləri açıqlandı - Həbs olunanlar var
02 Noyabr 2026 17:50
Həvva Yambulatova qəfil vəfat etdi
02 Noyabr 2026 13:22
İranla sərhədimizdə PUA məhv edildi
02 Noyabr 2026 11:54
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
02 Noyabr 2026 11:11
Ceyranbatan su anbarından meyit tapıldı
02 Noyabr 2026 10:41
İranla sərhəddə gərginlik - Sərhədçilərə atəş açıldı - FOTOLAR
02 Noyabr 2026 09:38
FHN: Ötən həftə 143 yanğına çıxış olub, 38 nəfər xilas edilib
01 Noyabr 2026 20:00


Bakı -°C

