Yol kənarlarında satışla məşğul olanlara MÜRACİƏT
Nəqliyyatın hərəkətinin intensiv olduğu yollarda küçə ticarətinin həyata keçirilməsinin yolverilməzliyi haqda dəfələrlə xəbərdarlıq edilməsinə və görülən inzibati tənbehlərə baxmayaraq, son dövrlər yol kənarlarında müxtəlif məhsulların satışının artdığı müşahidə olunur.
Bu barədə DİN-in Mətbuat Xidmətindən Adalet.az-a bildirilib.
Qeyd edilib ki, ilk baxışda sadə ticarət forması kimi görünən bu cür fəaliyyətlər əslində vətəndaşların həm özləri, həm alıcılar, həm də yol hərəkətinin digər iştirakçıları üçün real təhlükə mənbəyidir.
"Nəqliyyat axınının intensiv və sürətli olduğu yollarda avtomobillərin dayanması, insanların yola çıxması da sürücü və piyadalar üçün ciddi risklər doğurur, eyni zamanda ağır yol-nəqliyyat hadisələrinə səbəb olur.
Nəzərə alınmalıdır ki, yollar yalnız nəqliyyat vasitələri üçündür, bu yerlərdə ticarət məqsədilə dayanma və piyadaların hərəkəti qadağandır.
Küçə ticarətinin yay mövsümü ilə əlaqədar insanların bölgələrə istirahətə üz tutduğu bir şəraitdə aparılması isə daha böyük təhdidlər yaradır və belə hallarda baş vermiş yol-nəqliyyat hadisələri faciə ilə nəticələnir.
Xahiş edirik ki, ticarət fəaliyyətinizi yalnız müvafiq dövlət qurumlarının müəyyən etdiyi yerlərdə həyata keçirəsiz.
Bir daha qanunvericiliyin tələblərinə riayət etməyə, özünüzün və başqalarının həyatını təhlükəyə atmamağa çağırırıq".
Digər Xəbərlər
16 Fevral 2026 18:04
Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın iclası keçirilib
16 Fevral 2026 15:47
Vatikanda Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəliyi yaradılacaq
16 Fevral 2026 15:35
Qadın hərbçilərlə bağlı qanuna dəyişiklik ediləcək: 3 ildən 6 ayadək...
16 Fevral 2026 15:29
TƏBİB-ə rəhbərlik edən şəxs Oqtay Şirəliyevin köməkçisi olub
16 Fevral 2026 15:00
Vüqar Qurbanov işdən çıxarıldı - RƏSMİ + YENİLƏNİB
16 Fevral 2026 12:35
Bu biliklər sertifikasiya əsasında qiymətləndiriləcək
16 Fevral 2026 12:27
“Ermənistanda dini rəhbərliyə normal adam gətirilməlidir ki...” - İlahiyyatçı
16 Fevral 2026 11:45


Bakı -°C

