Azərbaycanda internetin sürəti artacaq - Bu ilin sonuna kimi...

"Azərbaycanda internetin sürəti artacaq. Bu gün "Aztelekom" və "Baktelecom" bildirib ki, GPON tariflərinin sürətini artırırlar".
Adalet.az musavat.com-a istinadən bildirir ki, bunu Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası İdarə Heyətinin sədri, ekspert Elvin Abbasov bildirib.
O, əsas 2 məqama diqqət çəkib:
"İyunun 1-dən etibarən 30 Mbit/s internetin sürəti 40 Mbit/s-ə, 50 Mbit/s internetin sürəti isə 60 Mbit/s-ə qədər artacaq. Hesab edirəm ki, ikinci məqam daha geniş çərçivədə dəyərləndirilməlidir. May ayına qədər mediada GPON və digər genişzolaqlı texnologiyalar vasitəsilə minimum sürəti 25 Mbit/s olan infrastrukturun qurulması ilə bağlı məlumatlar dərc edilirdi. Xatırladım ki, 15-16 may tarixində keçirilmiş "M360 Eurasia 2024" tədbirində isə minimum sürətin 35 Mbit/s edilməsinin hədəfləndiyi, 2020-ci ildən etibarən genişzolaqlı internetin əhatə dairəsinin ölkə üzrə 10 dəfə genişləndiyi və son 2 ildə Azərbaycanda genişzolaqlı internetin sürətinin 2 dəfə artmasından bəhs olundu. 24 may tarixində "Baktelecom" və "NOKİA" tərəfindən yayımlanan birgə press-relizə görə, Bakı şəhəri üzrə genişzolaqlı internetin əhatə dairəsi 5 dəfə genişlənib. Deməli, rəqəmsal uçurumun aradan qaldırılması üçün aparılan infrastruktur layihələri bu hədəfə çatmaq üçün kifayət qədər yetərlilik təmin edir".
Ekspertin fikrincə, bu prosesin ölkədə genişzolaqlı internetin illik orta sürətinin artımı ilə bağlı statistikalara da təsiri müşahidə olunacaq:
"Görülən işlər fonunda növbəti "Ookla" hesabatında Azərbaycanın genişzolaqlı internet sürətinin neçənci yerdə olacağı maraqlıdır. Nəzərə alsaq ki, "Online Azərbaycan" layihəsinin son göstəricilərinə görə, Azərbaycanda ümumilikdə 2,29 milyona yaxın ev təsərrüfatı və biznes subyektinin genişzolaqlı internetə çıxış imkanı yaradılıb. Bu da ölkə üzrə təsərrüfatların 78%-ni təşkil edir. Görülən işlərin 2024-cü ilin sonuna kimi yekunlaşacağı hədəflənir".
Digər Xəbərlər
24 Oktyabr 2025 18:04 “Bakcell” lotereyasında 3-cü avtomobilin qalibi bəlli oldu - Növbəti sən ola bilərsən!
22 Oktyabr 2025 12:13 Böyük an yaxınlaşır! Bu gün bir nəfər lüks avtomobil qazanacaq
20 Oktyabr 2025 16:22 “Bakcell” bu həftə 1 avtomobil, 7 “iPhone 17” hədiyyə edəcək!
17 Oktyabr 2025 19:49 Həyəcan dolu anlar - daha bir “Zeekr 001” qalibi bəlli oldu!
15 Oktyabr 2025 13:40 "Bakcell" abunəçiləri üçün həyəcanlı anlar- Növbəti “Zeekr 001” avtomobilinin qalibi sən ola bilərsən
14 Oktyabr 2025 20:45 İnstaqrama yeni qayda gəlir
14 Oktyabr 2025 11:32 "Bakcell" lotereyasında 2-ci "Zeekr 001" səni gözləyir!
13 Oktyabr 2025 16:25 

Bakı -°C 






