Smartfon istifadəçilərinə xəbərdarlıq
Smartfonlardan uzun müddət istifadə etmək təkcə gözlərə deyil, əllərə də ciddi təsir göstərə bilər. Həkimlər xəbərdarlıq edirlər ki, davamlı yazışmalar, sosial şəbəkələrdə saatlarla vaxt keçirmək və ekranı fasiləsiz sürüşdürmək baş barmaqlarda ağrı və müxtəlif oynaq problemlərinə səbəb ola bilər.
Adalet.az xəbər verir ki, “telefon baş barmağı” adlandırılan bu problem baş barmaq oynağında ağrı, sərtlik, hərəkət zamanı xırıltı hissi ilə özünü göstərir.
Müalicə olunmadığı halda isə karpal tunel sindromu, artrit və De Kerven tenosinoviti kimi xəstəliklərə yol aça bilər.
ABŞ-nin Cedars-Sinai Ortopediya və İdman Tibb Mərkəzinin cərrahı Yucin Tsay bildirib ki, insan əli gün ərzində fasiləsiz telefon istifadəsi üçün nəzərdə tutulmayıb.
Son illərdə smartfonların daha böyük və ağır olması da əllərə düşən yükü artırıb. Bundan əlavə, ekran qarşısında keçirilən vaxtın artması bu problemlərin daha geniş yayılmasına səbəb olub.
Bildirilir ki, biləkləri və dirsəkləri uzun müddət eyni vəziyyətdə saxlamaq baş barmaq və bilək nahiyəsində ağrıları gücləndirir.
Kentukki Universitetinin Əl Mərkəzinin əməkdaşı Morin O'Şonessi insanların texnologiyadan imtina etməsinin mümkün olmadığını, buna görə də cihazlardan daha düzgün istifadə üsullarının öyrənilməsinin vacib olduğunu deyib.
Həkimlər ağrı riskini azaltmaq üçün bir neçə sadə tövsiyə verirlər:
Ekran qarşısında keçirdiyiniz vaxtı məhdudlaşdırın və mütəmadi fasilələr edin.
Telefonu növbə ilə hər iki əllə istifadə edin.
Yazışarkən yalnız baş barmaqdan deyil, digər barmaqlardan da yararlanın.
Mümkün olduqda səsli mətn funksiyasından istifadə edin.
Şrift ölçüsünü böyüdərək, telefonu gözlərinizə həddindən artıq yaxın tutmaqdan çəkinin.
Telefon üçün xüsusi tutacaqlardan və dayaqlardan istifadə edin.
Bildirilir ki, gündəlik dartınma hərəkətləri əllərdəki gərginliyi azalda bilər. Biləyi yuxarı və aşağı istiqamətdə yavaşca hərəkət etdirmək, baş barmaqla dairələr çəkmək və barmaqları növbə ilə açıb-bağlamaq faydalıdır.
Baş barmağın alt hissəsində ağrı yarandıqda isə əli düz səthə qoyaraq baş barmağı digər barmaqlardan uzaqlaşdırmaq və bu vəziyyəti təxminən 30 saniyə saxlamaq tövsiyə olunur.
Həkimlər vurğulayırlar ki, ağrı və ya keyimə hissi uzun müddət davam edərsə, buz tətbiqi və ağrıkəsicilər kifayət etməyə bilər. Belə hallarda mütləq mütəxəssisə müraciət etmək lazımdır.
Digər Xəbərlər
16 Iyul 2026 10:27
“Aztelekom” yenilənmiş korporativ veb-saytını təqdim etdi
14 Iyul 2026 18:01
Bakcell tətbiqində AirPods və hər gün 1 GB internet qazan
13 Iyul 2026 17:45
Saxta malların aşkarlanmasında süni intellektin rolu artır
13 Iyul 2026 11:09
"TikTok" 3 ay ərzində Azərbaycanda 590 min videonu silib
10 Iyul 2026 14:32
Bakcell və Gənclər Fondu "İnnovasiya və Süni İntellekt" üzrə təqaüd proqramının qalibləri ilə görüş keçirib - FOTOLAR
09 Iyul 2026 17:25
Süni intellekt üçün internet Bakcelldən
08 Iyul 2026 09:00
KTV kabel televiziyası abonentləri niyə incidir?
07 Iyul 2026 13:18


Bakı -°C

