Süni intellekt üçün internet Bakcelldən
Bakcell süni intellekt sahəsində növbəti innovativ təşəbbüsünü təqdim edir. Yeni kampaniya çərçivəsində ChatGPT, Claude, DeepSeek və Perplexity kimi aparıcı süni intellekt platformalarında istifadə üçün abunəçilərə hər ay pulsuz internet trafiki təqdim olunacaq.
Adalet.az xəbər verir ki, Bakcell istifadəçiləri süni intellekt texnologiyaları vasitəsilə öyrənmək, araşdırmaq, yaratmaq, işləmək və rəqəmsal tapşırıqları daha səmərəli yerinə yetirmək üçün geniş imkanlar əldə edirlər.
Xidmət bütün Bakcell abunəçiləri üçün standart olaraq aktivdir və əlavə qoşulma tələb etmir. Kampaniya müddətində istifadəçilərə hər ay qeyd olunan süni intellekt alətlərindən istifadə üçün pulsuz internet trafik təqdim olunacaq. Bu təşəbbüs süni intellekt texnologiyalarının gündəlik istifadəsini təşviq etməklə yanaşı, istifadəçilərin rəqəmsal imkanlarını daha da genişləndirir.
Bakcell innovativ həllər vasitəsilə abunəçilərinə müasir rəqəmsal təcrübə təqdim etməklə ölkədə innovasiya və süni intellekt ekosisteminin inkişafına töhfə verir.
Bakcell haqqında
Bakcell Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda şirkət üç milyondan çox müştərini yüksəkkeyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Ölkə iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biri olan Bakcell süni intellekt əsaslı innovativ həllərlə Azərbaycanın dayanıqlı inkişafına töhfə verir.
Bakcell müxtəlif ölkələrdə və sahələrdə fəaliyyət göstərən NEQSOL Holding beynəlxalq şirkətlər qrupunun tərkibində olan Azerconnect Group-a daxildir.
Digər Xəbərlər
21 Avqust 2026 23:47
Süni intellektlə eşq şousu çəkiləcək
19 Avqust 2026 11:51
“iPhone 18 Pro Max”ın kamerası yenilənir - Böyük ölçüdə olacaq
19 Avqust 2026 09:30
Süni intellekt nəzarətdən çıxır - “OpenAI” əyləcə basdı
18 Avqust 2026 17:59
Azərbaycanda bəzi qurum və təşkilatların istifadəçi hesablarına kiberhücum cəhdləri olub
12 Avqust 2026 13:43
“iPhone”lar bütün dünyada bahalaşa bilər
12 Avqust 2026 12:47
İran 15 min kilometr mənzilli ballistik raket hazırlayır
11 Avqust 2026 16:16
Bakcell Samsung Galaxy A57 5G üçün xüsusi kampaniyaya start verib
10 Avqust 2026 12:32


Bakı -°C

