"Aliment Fondu yaratsaq, vəsaitin əksəriyyəti onlara gedəcək" - Deputat
"Alimentlə bağlı olan məsələləri vurğulamaq istərdim. Burada müəyyən məsələlərdə ola bilsin ki, anlaşılmazlıq olsun. Burada aliment verən tərəfin böyük əksəriyyəti azərbaycanlı olacaq. Çünki bizim həmvətənlərimiz Rusiyada, Ukraynada, Moldovada, Belarusda və digər yerlərdə nikaha giriblər, evləniblər və dünyaya uşaq gəlib. Bir neçə 10 ildən sonra köçüb vətənə qayıdıblar".
Adalet.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında 1993-cü il 22 yanvar tarixli Konvensiyaya dəyişikliklərin edilməsi barədə Protokol”un təsdiq edilməsi haqqında qanun layihəsinin müzakirəsi zamanı deputat Siyavuş Novruzov deyib.
"İndi məhkəmə qaydasında o uşaqların saxlanılması üçün aliment tələb olunanda, bu alimenti ödəməlidirlər. Biz də gələcəkdə fikirləşirik ki, ölkəmizdə Aliment Fondu yaradaq. Belə bir fond yaransa, həmin fondun vəsaitlərinin böyük əksəriyyəti onlara gedəcək. O baxımdan mən hesab edirəm ki, burada hansısa forma düşünməliyik. Konvensiyaya qoşulmaqla biz insan hüquqlarına olan diqqətimizi göstəririk, amma eyni zamanda ölkəmizin vəsaitlərinin səmərəli xərclənməsinə nəzarət etməliyik", - deyə deputat bildirib.
Digər Xəbərlər
01 May 2026 13:35
Azərbaycanda hərbçilərin şəxsi jetonu olacaq
01 May 2026 13:17
Dövlət vəsaitindən təyinatı üzrə istifadə etməmə cinayət sayılacaq
01 May 2026 12:57
Hikmət Hacıyevdən diplomatların Qarabağ səfəri ilə bağlı PAYLAŞIM
01 May 2026 12:54
İlham Əliyev onu təltif etdi - SƏRƏNCAM
01 May 2026 12:39
Azərbaycanda maaşın ödənilməsi ilə bağlı yeni qayda
01 May 2026 11:59
“Toy karvanları”nda iştirak edən sürücülərin DİQQƏTİNƏ!
01 May 2026 11:54
Diplomatik korpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfəri başladı
01 May 2026 11:08


Bakı -°C

