Azərbaycanda bir nəfərin aylıq xərci nə qədərdir? - VİDEO
Son dövrlərdə bir nəfərin orta maaşla işləməsi ailəni dolandırmaq üçün kifayət etmir. Həm vətəndaşlar, həm də ekspertlər bildirirlər ki, son dövrlərdə xərclər xeyli artıb.
Adalet.az xəbər verir ki, əvvəllər bir nəfərin orta maaşla işləməsi ailəni dolandırmaq üçün kifayət edirdi. Son dövrlərdə isə xərclər artdığından bu mümkünsüz görünür.
Bəs bir ailənin orta aylıq xərci nə qədərdir?
İqtisadçı Xalid Kərimli "Xəzər Xəbər"ə bildirib ki, bu gün bir nəfər üçün orta aylıq xərc 460 manat təşkil edir.
Onun sözlərinə görə, bu rəqəmləri 4 nəfərlik ailə üçün hesablayanda görünür ki, bir ailənin ortalama xərci 1840 manatdan az olmamalıdır.
Ekspert deyir ki, 4 nəfərlik ailənin normal dolanışığı üçün ən azı 2 üzvü işləməlidir.
Digər Xəbərlər
14 Mart 2026 09:21
Azərbaycan neftinin qiyməti 109 dolları ötdü
13 Mart 2026 14:55
“İqtisadi diplomatiya siyasətinin ən böyük uğurları dövlətimizin aktivinə yazıldı”
13 Mart 2026 11:58
Azərbaycandan Almaniya və Avstriyaya qaz tədarükünə başlanılıb
13 Mart 2026 11:29


Bakı -°C

