Azərbaycanda 87 anbarda xüsusi təhlükəli gübrə aşkarlandı
Azərbaycanda keçən il və bu ilin ötən dövründə bitki sağlamlığının izlənilməsi istiqamətində təsərrüfatlarda aparılan monitorinqlərin sayı açıqlanıb.
Adalet.az xəbər verir ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Aparat rəhbəri Elxan Mikayılov deyib ki, qeyd olunan müddətdə ümumilikdə 4 020 monitorinq aparılıb.
O qeyd edib ki, həmin monitorinqlərin 2 500-ü pomidor, 326-sı alma, 1 062-si kartof, 64-ü meyvə bağları, 68-i isə soğanla əlaqəli olub.
E.Mikayılov əlavə edib ki, həmin dövrdə bitki mühafizə vasitələri və aqrokimyəvi maddələrin saxlanıldığı anbarlarda 209 monitorinq aparılıb:
"Keçən ildən bu yana uyğunsuzluq aşkarlanan müəssisələrin sayı 155, uyğun müəssisələrin sayı 54, xüsusi təhlükəli gübrə aşkarlanan anbarların sayı isə 87 olub".
AQTA rəsmisi onu da vurğulayıb ki, hazırda 13 ölkə ilə bitki mühafizəsi və karantini sahəsi üzrə saziş və anlaşma memorandumu layihələri hazırlanıb və imzalanması üzrə işlər aparılır.
Digər Xəbərlər
19 Dekabr 2025 17:29
Neft Fondunun 2026-cı il üçün büdcə layihəsi Prezidentə təqdim ediləcək
19 Dekabr 2025 15:42
Neft məhsullarının ilk partiyası Ermənistana çatdı
19 Dekabr 2025 13:46
Elektron siqaretlərlə bağlı qadağanın bu tarixdə qüvvəyə minməsi təklif olunur
19 Dekabr 2025 13:40
Elektron siqaretlər üçün yeni aksiz dərcələri müəyyənləşir
19 Dekabr 2025 13:09
Azərbaycanda bu cərimələr 10 dəfəyə qədər artırlır
19 Dekabr 2025 12:35
Kənd təsərrüfatı sahəsində tikinti ilə bağlı yeni qayda
19 Dekabr 2025 12:35
Bu informasiyanın internetdə yayılması qadağan ediləcək
19 Dekabr 2025 10:36


Bakı -°C

