Azərbaycan və Türkiyə 110 maddədən ibarət yeni fəaliyyət planı hazırlayıb
Azərbaycan-Türkiyə Hökumətlərarası Əməkdaşlıq Komissiyasının son iclasında 2026-cı il üçün 110 maddədən ibarət fəaliyyət planı hazırlanıb.
Adalet.az xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün Bakıda keçirilən "Azərbaycan – Türkiyə biznes forumu: Rəqəmsal transformasiya və texnologiya körpüsü" Forumunda bildirib.
"Biz də nazirliklərimizlə birlikdə bu fəaliyyət planının icrasını yaxından izləməyə çalışacağıq. Həm dövlət xidmətlərinin təkmilləşdirilməsi, həm də iqtisadi səmərəliliyin artırılması baxımından böyük əhəmiyyət daşıyan rəqəmsal transformasiya (rəqəmsallaşma), süni intellekt, informasiya və maliyyə texnologiyaları sahələrində əməkdaşlığımızın daha da inkişaf etdirilməsinə fəaliyyət planımızda geniş yer ayrılıb. Bügünki forumda həm dövlət, həm də özəl sektorun bütün iştirakçılarının birgə baxışımızı bölüşdüyünü görmək bizi çox məmnun edir. Əməkdaşlığı ön plana çəkən bu prosesdə hər zaman yanınızdayıq", - deyə o qeyd edib.
Bundan başqa, səfir deyib ki, Qarabağ zəfəri ilə Cənubi Qafqazda sülhün yaranması, eləcə də qlobal miqyasda baş verən digər proseslərlə əlaqədar beynəlxalq aktorların regiona marağının artması mühüm imkanlar yaradan yeni mərhələ formalaşdırıb: "Azərbaycan və Türkiyə bu prosesdə koordinasiyalı addımlar artmaqla həm regional, həm də qlobal mövqelərini daha da möhkəmləndirir, nümunəvi əməkdaşlıq modeli nümayiş etdirir. Prezidentlərimiz Rəcəb Tayyib Ərdoğan və İlham Əliyevin güclü siyasi iradəsi və uzaqgörən liderliyi qardaşlıq münasibətlərini strateji müttəfiqlik səviyyəsinə yüksəldib. 2021-ci ildə imzalanmış Şuşa Bəyannaməsi münasibətlərimizə yalnız siyasi və təhlükəsizlik müstəvisində deyil, iqtisadi sahədə də güclü strateji çərçivə təqdim edir. Bu çərçivə iş dünyamız üçün etibarlı mühit və uzunmüddətli planlaşdırma imkanları yaradır. Sahibkarlarımız və investorlarımız bu möhkəm siyasi və hüquqi zəmin üzərində daha cəsarətli və daha qətiyyətli addımlar ata bilirlər"./Report
Digər Xəbərlər
03 Aprel 2026 17:19
QMİ sədrindən səfirə: İlham Əliyev ölkə ərazisinin İrana qarşı istifadə edilməyəcəyini dəfələrlə bəyan edib
03 Aprel 2026 16:53
“Ancaq belə savaşlarda Allah kimin yanındadırsa, o da qalib gələcək...”
03 Aprel 2026 16:26
Prezident bu şəxsləri təltif etdi - SƏRƏNCAM
03 Aprel 2026 12:05
"Vətən müharibəsindən sonra 421 mülki şəxs minadan zərər çəkib" - Hikmət Hacıyev
03 Aprel 2026 10:30
“Bu sözlər Paşinyana xəbərdarlıq mahiyyəti daşıyır...” – Politoloq
02 Aprel 2026 21:00
Pezeşkian İlham Əliyevə zəng etdi
02 Aprel 2026 17:43
BMT-də Azərbaycanın təşəbbüsü ilə qətnamə qəbul edildi
02 Aprel 2026 14:44


Bakı -°C

