Azərbaycan və Slovakiya müdafiə nazirləri görüşdü - VİDEO
Noyabrın 7-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Slovakiya Respublikasının Baş nazirinin müavini və müdafiə naziri Robert Kalinak ilə görüşüb.
Adalet.az xəbər verir ki, müdafiə naziri slovakiyalı qonağı salamlayaraq onu ölkəmizdə görməkdən məmnun olduğunu bildirib. General-polkovnik Z.Həsənov ölkələrimiz arasında mövcud hərbi əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.
Səmimi qəbula və göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirən cənab R.Kalinak Vətən müharibəsində qazanılan Qələbənin beşinci ildönümü münasibətilə həmkarını təbrik edib. Hərbi əlaqələrimizin genişləndirilməsində qarşılıqlı səfərlərin zəruriliyini diqqətə çatdırıb.
Görüşdə tərəflər, həmçinin hərbi, hərbi-texniki, hərbi təhsil sahələrində əməkdaşlığın cari vəziyyəti və yeni perspektivlərini müzakirə edib, müdafiə sahəsində maraq doğuran bir sıra məsələlərə dair ətraflı fikir mübadiləsi aparıblar.
Digər Xəbərlər
13 Mart 2026 19:25
Milli Məclis hökumətin hesabatını qəbul etdi - YENİLƏNİB
13 Mart 2026 18:56
Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb
13 Mart 2026 17:24
Deputatlarımız Latviya Seyminin sədri ilə görüşüb - FOTO
13 Mart 2026 17:23
“Bu, İlham Əliyevin yürütdüyü uğurlu xarici siyasətin nəticəsidir”
13 Mart 2026 16:45
"Deputatların qaldırdığı məsələlər diqqətdə saxlanılacaq" - Baş nazir
13 Mart 2026 16:21
Avropa İttifaqı Azərbaycanla strateji tərəfdaşlığa xüsusi önəm verir - Deputat
13 Mart 2026 16:10
Yaxın Şərq "qırmızı xətt"i keçdi - Səxavət Məmməd yazır
13 Mart 2026 14:05


Bakı -°C

