25 May 2025 14:45
111
SİYASƏT

Azərbaycan Ukraynanın Bərpası Konfransında iştirak edəcək

Azərbaycan Ukraynaya humanitar yardımı davam etdirəcək.

Adalet.az xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ukraynanın xarici işlər naziri Andrey Sibiqa ilə birgə mətbuat konfransında deyib.

XİN başçısı vurğulayıb ki, Azərbaycan tərəfindən bu günə kimi 40 milyon dollardan artıq Ukraynaya humanitar yardım göstərib.

O əlavə edib ki, Azərbaycan yaxın dövrdə keçiriləcək Ukraynanın Bərpası Konfransına önəm verir və bunun bərpa prosesi üçün əhəmiyyətli tədbir olduğunu düşünür:

“Ona görə Azərbaycan da bu tədbirin iştirakçısı olacaq”.

Qeyd edək ki, konfrans 10-11 iyun tarixlərində İtaliyanın paytaxtı Romada baş tutacaq.