02 Iyul 2023 09:11
385
GÜNDƏM

Azərbaycan Respublikasının daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov   cənablarına

Cənab Nazir!

Bu  gün  Azərbaycan polisinin yaranmasının 105-ci ildönümü münasibətilə Sizi   və rəhbərlik etdiyiniz   nazirliyin bütün əməkdaşlarını ürəkdən təbrik edir,   can sağlığı  və  xidməti  vəzifənizin   yerinə  yetirilməsində daha qətiyyətli , daha peşəkar olmağı arzu edirik.  Məhz  bu  bayram günündə  .etiraf etmək lazımdır ki, bu gün   dövlətimizin və prezidentimizin xüsusi diqqət və qayğısı sayəsində davamlı surətdə müasirləşən və təkmilləşən, beynəlxalq standartlara cavab verən infrastruktura və maddi-texniki bazaya malik olan  Azərbaycan polisi cinayətkarlığa, onun transmilli mütəşəkkil növlərinə qarşı əzmlə mübarizə aparır.

Cənab general-polkovnik!

Biz  yaxşı  bilirik ki, polisimiz  yarandığı  gündən, xüsusi  ilə  erməni  təcavüzü  başlayan andan .çətin, həm də  sınaqlarla dolu şərəfli bir yol keçib.  Bu  yolda Azərbaycan polis orqanları ulu öndər Heydər Əliyevin rəhbərliyi altında peşəkar hüquq mühafizə orqanı kimi formalaşaraq   dövlətimizin  əsas dayaqlarından birinə çevrilmişdir

Qeyd  etmək  istərdik ki, bu gün  də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində polis  əməkdaşları  İctimai qaydanın qorunması,  təhlükəsizliyin təmin edilməsi vəzifələrini, o cümlədən işğaldan azad edilmiş ərazilərdə qarşıya qoyulmuş tapşırıqları peşəkarlıqla yerinə yetirməkdə əzmkarlıq  göstərirlər.  Təbii ki, bu  da DİN-ə  rəhbərlik edən peşəkar, dövlətə  və prezidentimizə  sadiq  kadırların  vicdanlı,  ədalətli xidmətinin, təəcürbəsinin  nəticəsidir!

Cənab Nazir!

Biz  inanırıq ki, bundan sonra da  ölkə vətəndaşlarının qanuni mənafelərinin, hüquq və azadlıqlarının müdafiəsi sahəsində əldə olunmuş uğurlar  daha da inkişaf  etdiriləcək  və  Polis-Vətəndaş  həmrəyliyi, qarşılıqlı  inam  və  etimad   güvəni  daha  yüksək  mərhələyə  yüksələcəkdi! Həmçinin biz əmini ki, Sizin rəhbərliyiniz  altında  öz andına sadiq olan və şərəfli polis adını həmişə uca tutan şəxsi heyət   bundan sonra da  xalqımızın  və  prezidentimizin ​​​​​​  etimadını doğruldacaqdır! 

Cənab general-polkovnik!

Bir  daha  “Polis Günü” münasibətilə Siz   və DİN-in  bütün  əməkdaşlarını təbrik  edir, möhkəm cansağlığı, ailə səadəti və xidməti  vəzifənizin  yerinə  yetirilməsində  hər  bir  əməkdaşa  uğurlar arzulayıram!

Bayramınız mübarək!

Hörmətlə    millət  vəkili  Aqil Abbas   və "Ədalət"  qəzetinin  kollektivi