adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
25 Aprel 2019 17:24
44246
LAYİHƏ

Azərbaycan Respublikasında demokratiyanın yaranması və inkişafı problemləri

Bu mövzuyamüraciət edib, elmi araşdırma aparmaqda əsas məqsəd Azərbaycandademokratiyanın, adət-ənənənin, milli dəyərlərə hörmətlə yanaşılmasından, bəşəriyyətdədemokratik tolerant mühitin formalaşmasından gedir. Demokratiya institutu hərbir ölkənin ictimai həyatında siyasi mexanizm kimi fəaliyyət göstərməklə, dövlətin,cəmiyyətin təkmilləşməsi və gələcək inkişafı üçün bu istiqamətdə daim elmi tədqiqatlarınaparılmasına əsas yaradır.

Bəzi dövlətlərinbeynəlxalq hüquq normalarının tələblərini və prinsiplərini kobud surətdəpozması kiçik dövlətlərin suveren hüquqlarına ciddi təhlükə törətməkdədir.

Beynəlxalq hüquqnormalarının, beynəlxalq təşkilatlar, BMT və onun Təhlükəsizlik Şurası tərəfindəntətbiqi zamanı yol verilən bir sıra uyğunsuzluqlar nəticəsində beynəlxalqhüququn prosedur və ədalət qaydaları pozulur və bu dünyada öz suverenliyini,müstəqilliyini bərqərar etmək istəyən dövlətlərin beynəlxalq hüquq normaları ilətəsbit edilmiş suveren hüquqlarının ciddi şəkildə pozulmasına gətirib çıxarır.

Qeyd etməklazımdır ki, bu prosesin gedişində Birləşmiş Millətlər Təşkilatının məqsəd vəprinsiplərinin kobud surətdə pozulması da baş verir ki, onun da nəticəsindəbeynəlxalq aləmdə ədalətsiz qərarların qəbul olunması baş verir.

Nəticədə isəbeynəlxalq aləmdə gərginlik, sülhün və təhlükəsizliyin qorunmasına təhlükəqaçılmaz olur. BMT-nin nizamnaməsinin I maddəsinə əsasən BMT-nin məqsədi Beynəlxalqsülhü və təhlükəsizliyi qoruyub saxlamaq və bu məqsədlə sülhə təhlükəninqarşısını almaq və aradan qaldırmaq üçün təcavüz aktlarını və digər sülhünpozulması hallarını yatırmaq üçün səmərəli kollektiv tədbirlər görmək və sülhünpozulmasına gətirib çıxara bilən beynəlxalq mübahisə və situasiyaların dincvasitələrlə ədalət və beynəlxalq hüquq prinsiplərinə uyğun olaraq nizamlanmasınavə yaxud həll olunmasına nail olmaqdır. Lakin müəyyən dövlətlərin BMT-ninNizamnaməsində nəzərdə tutulan məqsəddən yayınmaqla kiçik dövlətlərdə millisuveren demokratik dəyərlərin formalaşmasına və bərqərar olmasına mane olmalarışübhə doğurmur. Azərbaycan Respublikasının timsalında bunu biz daha aydınformada görürük. 25 ildən artıqdır ki, Dağlıq Qarabağ münaqişəsinin bu günəkimi həll olunmaması yuxarıda qeyd edilən müddəanın bariz sübutudur.

BMT-nin TəhlükəsizlikŞurasının dörd qətnaməsinin qəbul olunmasına baxmayaraq, bu imperativ hüquqiqüvvəyə malik olan qətnamələrin icra olunmamasına heç cür haqq qazandırmaqmümkün deyil və buna heç bir hüquqi məna vermək olmur.

Ermənistan tərəfindənbəzi ermənipərəst dövlətlərin dəstəyi ilə Azərbaycan Respublikasınıntorpaqlarının 20 faizinin işğal olunması nəticəsində 1 milyondan artıq insanınöz doğma yurdlarından didərgin düşməsi böyük dövlətlərin beynəlxalq hüquqnormalarının tələblərini birbaşa və kobud surətdə pozduqlarına açıq dəlildir.

ATƏT-in Minskqrupunda olan Təhlükəsizlik Şurasının üzv dövlətləri ABŞ, Fransa və Rusiya bumünaqişənin beynəlxalq hüquq normaları çərçivəsində həll olunmasına faktikiolaraq heç bir zaman cəhd göstərməmişlər, yalnız formal olaraq yaradılmış buqurumunpərdəsi altında işğalçı Ermənistanı müdafiə etməklə özlərinə haqqqazandırmış, hər dəfə bildirmişlər ki, guya münaqişə Azərbaycan və Ermənistandövlət rəhbərlərinin qarşılıqlı razılığı ilə həll edilməlidir.

Sual olunur: Ermənistantərəfindən Azərbaycanın 20 faiz torpağı işğal olunubsa, BMT-nin TəhlükəsizlikŞurasının dörd imperativ hüquqi qüvvəyə malik olan qətnaməsi bu günə kimi icraolubmayıbsa, işğalçı dövlət olan Ermənistan beynəlxalq hüququn normalarınıkobud surətdə pozmaqda davam edirsə, burada hansı razılaşmadan söhbət gedə bilər?İşğalçı dövlət və işğala məruz qalan dövlət razılaşma yolu ilə işğal olunmuş əraziləriazad etməlidirsə, onda beynəlxalq hüquq və beynəlxalq təşkilatlar hansı məqsədüçün yaradılmışdır? Bütün bu qeyd edilənlərə baxmayaraq Ermənistanın Azərbaycanaqarşı işğalçılıq siyasəti və beynəlxalq hüquq normalarını kobud surətdə pozmasıfaktları bu günə kimi heç bir beynəlxalq təşkilat, ATƏT-in Minsk qrupunun həmsədrləriolan Rusiya, ABŞ, Fransa dövlətləri tərəfindən kəskin müzakirə olunaraq hər hansıbir sanksiya və ya cəza növü tətbiq olunmamışdır.

Bu faktın özübir daha onu təsdiq edir ki, bu gün beynəlxalq təşkilatlar və böyük dövlətləröz siyasi-iqtisadi maraqlarına uyğun siyasət apararaq, kiçik dövlətlərin, ocümlədən Azərbaycan Respublikasının milli suveren hüquqlarını kobud surətdəpozur, dövlətlərin daxili işlərinə qarışmaqla öz "demokratiya siyasətlərini"zorla həyata keçirməyə çalışırlar. Beynəlxalq hüquq normalarında bir dövlətin ərazisinindigər dövlət tərəfindən işğal olunduğu halda işğala məruz qalan dövlət tərəfindənöz ərazi bütövlüyünü və milli təhlükəsizliyini təmin etmək məqsədilə güc tətbiqedə bilməsi imkanı nəzərdə tutulmuşdur.

Lakin adı çəkilənbeynəlxalq təşkilatlar, o cümlədən ATƏT-in Minsk qrupunun həmsədrləri olan dövlətlərtərəfindən Azərbaycana qarşı bütün siyasi təzyiq vasitələrindən istifadə edilərəkişğal olunmuş ərazilərimizin azad olunması üçün güc tətbiq olunmasına qətiyyətliformada imkan verilmir. Bu da beynəlxalq hüquq normalarının müəyyən dövlətlərinistəyi ilə reallaşmasını təsdiq edir.

Bu qurum və dövlətlərinmülahizələrinə əsasən münaqişə yalnız sülh yolu ilə həll olunmalıdır, başqaalternativ yol yoxdur.

Sual olunur: Görəsənbizə təkidlə tövsiyə olunan və deyilən bu sülh hansı ölçü və formada olmalıdırvə reallaşmasının hüquqi mexanizmi necə müəyyən edilmişdir.

Beynəlxalq aləmdəbaş verən prosesləri müşahidə etməklə bəzi dövlətlərin Azərbaycanda millisuveren demokratik dəyərlərin təsbit edilməsinə qarşı olduğunu aşkar şəkildəgörmək mümkündür.

Həmin dövlətlərölkəmizdə milli suveren demokratiyanın yaranmasına və inkişaf etməsinə, güclüdövlətə çevrilməsinə hər vasitə ilə imkan vermirlər.

Beləliklə də,ölkəmizi asılı vəziyyətdə saxlamaqla, eləcə də ölkə daxilində ictimai siyasi vəziyyətigərginləşdirməklə, ölkəmizin müstəqilliyini və suverenliyini təhlükə altınaqoyurlar. Ölkəmizin qarşısında duran vacib vəzifələrdən biri milli suverendemokratiya konsepsiyasının hazırlanıb, həyata keçirilib və inkişaf etdirilməsidir.Buna görə də milli suveren demokratiya ideyası əsas götürülərək bu istiqamətdəişlər görülməli və dövlətimizin inkişafının təmin edilməsi üçün müstəqil xalqhakimiyyətinin və demokratiyanın prinsipləri insanların mənəvi, siyasi,iqtisadi və digər hüquqları, eyni zamanda milli dəyərlər nəzərə alınmaqla həyatakeçirilməlidir.

Bir çox hallardamilli dəyərlərimizə, mənəviyyatımıza, adət-ənənəmizə uyğun olmayan, xarici dövlətlərdənvə təşkilatlar tərəfindən bizə "demokratiya standartları" kimi təqdimolunan "demokratiya dəyərləri" bir müddətdən sonra bzim suveren millidemokratiyamızı məhv etməklə milli əxlaqımızı, adət-ənənəmizi, mənəvi dəyərlərimizibizə unutdura bilər.

Ona görə də müstəqildövlətimizin əbədi olması üçün ölkəmizdə milli suveren demokratiyakonsepsiyasını hazırlanıb, həyata keçirilməlidir və şübhəsiz ki, bu istiqamətdədövlətimiz uğurlu addımlar atmaqdadır.

(ardı növbətisayımızda)

Cəmil Quliyev

tarix üzrə fəlsəfədoktoru