Azərbaycan Prezidenti: Bu gün əsas diqqəti süni zəka sahəsində irəliyə doğru addım atmağa yönəldirik
Azərbaycan bu gün əsas diqqəti süni zəka sahəsində irəliyə doğru addım atmağa yönəldir.
Adalet.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev fevralın 9-da ABŞ Ticarət Palatasının beynəlxalq üzvlərlə əlaqələr, Yaxın Şərq və Türkiyə üzrə baş vitse-prezidenti Kuş Çoksinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən bildirib.
Dövlət başçısı iqtisadi vəziyyətin sabit olduğunu da söyləyib:
"İqtisadi vəziyyətimizə gəldikdə, o sabitdir. Xarici borc həcmi çox aşağıdır, ÜDM-in 6,1 faizini təşkil edir. Bu, ola bilsin, dünyada ən aşağı göstəricilərdən biridir. Biz, həmçinin maliyyə ehtiyatlarını yığırıq və hər il onları artırırıq ki, iqtisadiyyat sabit qalsın. S&P kimi aparıcı reytinq təşkilatları kredit reytinqimizi sərmayə və müsbət səviyyəsinə qaldırıb. Bu isə islahatların təzahürüdür. Biz demoqrafik baxımdan müsbət dinamikanı müşahidə edirik. Əhali artır, ola bilsin 10 il əvvəl olduğu kimi deyil. Lakin biz eyni mənzərəni regionun digər ölkələrində də görürük. Bununla belə, demoqrafik vəziyyət müsbətdir. Yoxsulluq səviyyəsi təxminən 5 faizdir. Düşünürəm ki, bu da yaxşı nəticədir. Görünür ki, iqtisadi inkişaf və sosial müdafiə Azərbaycanda yan-yana gedir və bütün bunlar siyasi sabitliyi, proqnozlaşdırmanı, iqtisadi sabitliyi və imkanları əsaslandırır. Bir sözlə, bu gün biz əsas diqqəti qlobal tendensiyalarla ayaqlaşmaq, xüsusən də rəqəmsal transformasiyada olmaq, süni zəka, məlumat mərkəzləri sahələrində irəliyə doğru addım atmağa yönəldirik".
Digər Xəbərlər
03 Aprel 2026 17:19
QMİ sədrindən səfirə: İlham Əliyev ölkə ərazisinin İrana qarşı istifadə edilməyəcəyini dəfələrlə bəyan edib
03 Aprel 2026 16:53
“Ancaq belə savaşlarda Allah kimin yanındadırsa, o da qalib gələcək...”
03 Aprel 2026 16:26
Prezident bu şəxsləri təltif etdi - SƏRƏNCAM
03 Aprel 2026 12:05
"Vətən müharibəsindən sonra 421 mülki şəxs minadan zərər çəkib" - Hikmət Hacıyev
03 Aprel 2026 10:30
“Bu sözlər Paşinyana xəbərdarlıq mahiyyəti daşıyır...” – Politoloq
02 Aprel 2026 21:00
Pezeşkian İlham Əliyevə zəng etdi
02 Aprel 2026 17:43
BMT-də Azərbaycanın təşəbbüsü ilə qətnamə qəbul edildi
02 Aprel 2026 14:44


Bakı -°C

