Bakıda TDT-yə üzv dövlətlərin əqli mülkiyyət qurumları rəhbərlərinin görüşü başladı
Oktyabrın 12-də Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin təşkilatçılığı ilə Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin əqli mülkiyyət qurumları rəhbərlərinin İkinci Görüşü keçirilir. Görüşdən əvvəl tədbir iştirakçıları Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarini ziyarət ediblər.
Adalet.az xəbər verir ki, tədbirin açılışında Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin əqli mülkiyyət qurumları rəhbərlərinin İkinci Görüşünün iştirakçılarına müraciətini oxuyub.
Qeyd edək ki, İkinci Görüşün Azərbaycan Respublikasının TDT-yə sədrliyi dövründə ölkəmizdə keçirilməsi təşkilat çərçivəsində əməkdaşlığın inkişafına töhfə verməklə yanaşı, Azərbaycanın əqli mülkiyyət sahəsində təşəbbüslərinin təşviqi, üzv dövlətlərlə institusional əlaqələrin möhkəmləndirilməsi və ölkəmizin təşkilat daxilində fəal rolunun nümayiş etdirilməsi baxımından böyük əhəmiyyət kəsb edir.
Xatırladaq ki, TDT-yə üzv dövlətlərin əqli mülkiyyət qurumları rəhbərlərinin Birinci Görüşü 2025-ci il avqustun 20-də Qırğızıstanın Bişkek şəhərində baş tutub. Görüşün yekununda qəbul edilmiş Birgə Bəyannamədə tərəflər əqli mülkiyyət hüquqlarının qorunması və təmin edilməsi sahəsində faydalı və uzunmüddətli qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi əzmlərini bir daha təsdiq edib, bu istiqamətdə birgə fəaliyyətin genişləndirilməsinin vacibliyini vurğulayıblar. Birgə Bəyannamədə TDT üzv dövlətlərinin əqli mülkiyyət qurumları rəhbərlərinin İkinci Görüşünün Azərbaycan Respublikasında keçirilməsi qeyd edilib.
Digər Xəbərlər
12 Oktyabr 2026 11:47
“Doğrudanmı siyasətdə əxlaq yoxdur?”
12 Oktyabr 2026 11:43
"Kamboca ilə beynəlxalq təşkilatlarda çox sıx əməkdaşlıq edirik" - Prezident
12 Oktyabr 2026 11:38
Prezidentin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü oldu
12 Oktyabr 2026 11:37
"Süni intellektin inkişafı əqli mülkiyyət sistemləri qarşısında yeni vəzifələr müəyyən edir" - İlham Əliyev
12 Oktyabr 2026 11:36
"Türk xalqlarının mədəni irsinin qorunması fəaliyyətimizin aparıcı istiqamətlərindəndir" - Dövlət başçısı
12 Oktyabr 2026 11:35
"Azərbaycan Türk dünyasının birləşməsi naminə bütün səylərini səfərbər edib" - İlham Əliyev
12 Oktyabr 2026 11:33
Prezident onlara müraciət ünvanladı
12 Oktyabr 2026 11:32


Bakı -°C

