adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
15 Aprel 2020 08:57
181527
MÜSAHİBƏ

Azərbaycan gözəli: "İstər oliqarx olsun, istərsə şair...” - MÜSAHİBƏ

"Xanım sözü”rubrikasının növbəti qonağı model Aziza Kərimidir. O, "Azərbaycan gözəli-2015”müsabiqəsinin qalibi, "Miss Turkvision-2016”-da ikinci yerinsahibi olub. "Miss və Mister Azərbaycan-2019”müsabiqəsində isə 1-ci "Vice Miss” adını alıb.


-Karantin günlərini necəkeçirirsiniz?

-Çalışıram həyatımı passiv keçirməyim. Şirniyyatı çox sevdiyim üçünçalışıram bir gündən bir nələrsə bişirim, öyrənim. Bir də sosial şəbəkələrdəyazılan xəbərləri izləyirəm.

-Təhsiliniz var?

-Anamın arzusu ilə mühasibat və auditi oxumuşam. Öz arzum isə həmişəincəsənət sahəsini oxumaq olub. Anamın arzusu mənimçün əsas olduğundan onu da həyatakeçirdim. Amma bir gün belə bu sahə üzrə çalışmamışam.

-Necə oldu ki, busahəyə gəldiniz?



-Modellik sahəsinə olan maraq məndə uşaqlıqdan var. Bağçavaxtlarımdan belə şənliklərdə moda nümayiş etdirməyi çox sevmişəm. Diqqət mərkəzindəolmağı çox xoşlayıram. Məktəb vaxtlarından hər zaman moda və dəb jurnallarınamarağım olub. Fashion tv-lərə baxır, podiumlarda özümü təsəvvür edirdim.

Bir neçə dəfə kastinqlərdə olub, amma müsabiqəyə qatılmamışam. Bunabaxmayaraq içimdəki istək heç zaman məni tərk etmədi. Bu arzumdan heç zamanayrılmadım.

"Azərbaycan gözəli-2015” müsabiqəsə qatıldım. Evdə heç kimə demədim.Bilirdim ki, desəm icazə verməyəcəklər. Ilk dəfə idi podiuma çıxırdım və qaliboldum.

Evdəçox danladılar. Amma gördükdən sonrakı bu söhbətlər mənasızdır, mənimlə razılaşmalıoldular.



Növbətiiştirak etdiyim müsabiqəsə "Miss Turkvision-2016” olub. Ordasa ikinci yerəçıxdım. Bununla razılaşmadım, haqqımı istədim. Səslərə baxmaq istədim, mənəgöstərmədilər. Mənsə tacı götürüb küsülü oranı tərk etdim. Sonradan məlum olduki, mən qalibmişəm.

Üstündənüç il keçib. Bu sahəyə həvəsim öldü desəm, yanılmaram.
"Miss və Mister Azərbaycan-2019” müsabiqəsindədə 1-ci "Vice Miss” adını aldım. Bu milli müsabiqə olduğundan mənimçün daha önəmlidir.

-Gözəllikyarışmalarında iştirakçılar və ya şou-biznes adamlarından tez-tez sponsor söhbətlərinieşidirik. Bununla fəxr də edirlər. Doğrusunu desəm qıraqdan yaxşı görünmür.

-Mən həmişə özüm-özümə sponsor olmuşam. Valideynlərim də bu işdə mənədəstək olublar. Heç kim deyə bilməz ki, mənimçün hansısa işi qurub. Hər zamanişləyib halal zəhmətimlə ehtiyaclarımı ödəmişəm. Əvvəllər bu sahədə qazancyaxşı idi, indisə vəziyyət dəyişib. Hər yerindən duran açıq-saçıq şəkillərpaylaşır, adını da model qoyur. Bu cür insanlara görə bu sahə dəyərsizləşib vədediyiniz söhbətlər ortaya çıxır.


Sponsor söhbəti indiki zamanda dəbdir. Onların hesabına bahalımaşınlar sürür, bahalı həyat yaşayırlar. Onların hesabına çox şeylərə sahibolurlar. Kim nə işlə məşğuldur, necə qazanır, hamı gözəl bilir.

Mən xanımlığıma hörmət edirəm. Sponsor təklifləri çox olsa da heçzaman razılaşmamışam. Kukla rolunda olmaq, imkana görə mənliyini satmağı özüməsığışdırmaram.

-Gözəl bir xanımkitablarla nə qədər dostdur?

-Məzuniyyətdə, istirahətdə olduğum vaxtlar elektron kitablaraüstünlük verirəm. Adi vaxtlarda işlərim çox olduğundan kitab oxumağa və dinləməyəvaxtım olmur. Ən çox psixoloji kitablarla maraqlanıram. Arada detektiv əsərlərdə oxuyuram. Çingiz Abdullayevin kitablarını çox sevirəm.

-Bu kimi müsabiqələrinqalibləri və gözəl xanımlar adətən dəbdəbəli həyat həvəsində olur. Bir növ ülvihislər, sevgi ikinci plana keçir. Maddi plan əsas rol oynayır.

-Indiki zəmanədə əsl sevgi barmaq sayı qədər azdır. Mənə görə əslsevgidə təbəqə, peşə. Din önəmli deyil. Əsas odur ki, iki insan bir-birini çoxsevsin. Bir-birinə hörmət etsin, başa düşsünlər. Məncə bunlar kifayətedir. Oliqarx olmaq şərt deyil, şair dəola bilər. Əsas odur dediklərim olsun.

Var-dövləti bir gündə əldə edib, itirə də bilərsən. Həyatda əsasinsanlıq və gerçək sevgidir. Hər şeyi pulla alıb-sata bilərsən, amma sevgidən,xoşbəxtlikdən, insanlıqdan, sağlamlıqdan başqa.

-Hazırda hansı sahədəçalışırsınız?

-Tam başqa sahə üzrə çalışıram. Düzdü, tərkibində modellik də var.Bir növ şirkətin simasıyam. Işimi çox sevirəm. Bu sahədə 8 ildir ki, işləyirəm.

-Bir açıqlamanızdademişdiniz ki, kişi bakir olmaya bilər, amma qadın özünü qorumalıdır. Bu təzadlıaçıqlamaya oxşayır.


-Mənimçün əsas odur ki, kişi mərd, cəsur, dürüst, işgüzar olsun. Həyatdaarxa-dayaq olmağı bacarsın. O qədər güclü olsun ki, mən onun yanında öz gücümühiss etməyim.

-Adətən düşünürlərki, Allah bir şey veribsə, digərini alıb. Məsələn, xarici çox gözəldirsə,daxili kasıb ola bilər.

-Insanın düşüncələri qədər fikirləri də fərqlidir. Hamı üçün yaxşı,gözəl ola bilməzsən. Hər kəs sənə istədiyi prizmadan baxa bilər. Təbii ki, qəlbiqara, paxıl, qurdlu insanlar var. Eqoist olduqlarından özülərindən üstün kimsənigörə bilmirlər. Çalışıram belələrindən uzaq durum. Həyatda sadəliyə daha çox dəyərverirəm.

-Ecazkarxanımsınız və gözəllik yarışmalarının qalibi. Dünyada bu sahədə uğur qazananxanımlar sonradan filmlərə çəkilir. Reklam və.s öz gücüylə milyonlar qazanabilir. Bizdə dediyim formatı müşahidə etmirəm.

-Çəkici olmağım bəlkə də metis olmağımla əlaqədardır. Nənəm rusdur.Iran və ərəb qarışığım da var. Ola bilsin, bu səbəbdən görünüşcə fərqliyəm.



Dünyada bu sahəyə dəyər verirlər və yüksək qonorarlar olur. Bizdəsə əksidir.Yuxarıda qeyd etdiyim kimi bəzi şəxslər sponsor söhbətlərinə görə bu sahəni dəyərsizləşdiriblər.Bəzənsə deyirlər filmə çəkil, filmdən sonra ödəniş olacaq. Bir dəfə belə çəkildim.Amma filmdən sonra nə ödəniş oldu, nə də filmin sponsoru tapıldı. Hər sahədəfırıldaq olduğu kimi bu sahədə də var.

-Bayaqdan sadəlikdən danışırsınız. Guya kasıb bir şairlə evlənməyə, daxmasındayaşamağa razı olardınız. Elə götürək məni...

-Mənim üçün həyatda qarşılıqlı sevgi yaşamaq əsas faktorlardanbiridir. Mənə sevgi etirafları çoxdur. Hələki ürəyimə sahib çıxacaq birisiyoxdur. Bir insan mənim sevgimi qazansa onunla dünyanın o başına da gedərəm.Yetər ki, qarşılıqlı sevgi olsun. Sizinsə mənə aşıq ola bilməyinizə inanmıram.

Söhbətləşdi: EminPiri