Ayaz Arabaçı: ŞƏHİDİM
Qeyrətini hər məqamda duyurdun,
Cəbhələrdə qanı qanla yuyurdun,
Bu torpağın, bu vətənin, bu yurdun,
Dar günündə yaraq olan şəhidim.
Zəfərlərin başla-canla yazılmış,
Uca namla, uca şanla yazılmış,
Tariximə qızıl qanla yazılmış,
Ən qiymətli varaq olan şəhidim.
Zərrə qədər qürurundan enməyən,
Öz andından, öz sözündən dönməyən,
Ürəyinin alovları sönməyən,
Öləndə də çıraq olan şəhidim.
Qaşlarının arasından öpürəm,
Tellərinin qarasından öpürəm,
Ürəyinin yarasından öpürəm,
Son nəfəsdə bayraq olan şəhidim.
Torpaq üçün, vətən üçün yox bazar,
Bu dastanı sənin kimi kim yazar,
Toy otağı ovuc boyda dar məzar,
Toy libası torpaq olan şəhidim.
Heykəlləşdin vətənin bir daşında,
Ömrün fidan, ömrün çiçək yaşında,
Ərənliyin , kişiliyin başında,
Qeyrət olan- papaq olan şəhidim.
Digər Xəbərlər
12 Dekabr 2025 12:51
Əziz qonaq - Tərlanə Yaqubqızı yazır
12 Dekabr 2025 11:09
“Azərbaycan mədəniyyəti təkcə nazirliyin işindən ibarət deyil...”
12 Dekabr 2025 10:29
“Bir görəydim ayrılığı kim saldı?” - Pərvanə BAYRAMQIZI yazır
12 Dekabr 2025 10:26
Nəriman Həsənzadədən XƏBƏR VAR
11 Dekabr 2025 18:18
Əbədiyyətə Dönüşmüş Ömrün Azərbaycançılıq Fəlsəfəsi
11 Dekabr 2025 10:06
Melodiyanın içində qalan uşaq - Anamın səsi, qəlbimin taleyi
11 Dekabr 2025 08:34
Şəlalə Camal: Sevən qəlbim… yazıq qəlbim…
10 Dekabr 2025 14:02


Bakı -°C

