Axtarışda olanlar həbs edildi

Xuliqanlıq maddəsi ilə axtarışda olan 26 yaşlı gənc tutulub. Bakı Şəhər Baş Polis İdarəsindən Adalet.az-a verilən məlumata görə, Daxili İşlər Nazirliyi Baş Cinayət Axtarış İdarəsi, Suraxanı Rayon Polis İdarəsi Cinayət Axtarış Şöbəsi və 33-cü Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 1988-ci il təvəllüdlü Araz Nəbiyev həbs edilib.
Xəzər Rayon Polis İdarəsi Cinayət Axtarış Şöbəsi və 1-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə dələduzluq maddəsi ilə axtarışda olan 1969-cu il təvəllüdlü Qəşəng Məmmədova tutulub.
Bundan başqa, Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq etdiyinə görə axtarışda olan 1992-ci il təvəllüdlü Dilqəm Muradlı da saxlanılıb.
Digər Xəbərlər

Cinayətdə şübhəli bilinən 60 nəfər saxlanıldı

Ailə münaqişəsi və qısqanclıq zəmnində öldürülənlərin sayı məlum oldu

Azadlıqdan məhrum edilmiş qadınların sayı artıb

DİN-dən əməliyyat - Saxlanılanlar var

Bakıda küçədə 44 yaşlı qadın qaçırıldı

Cinayətdə şübhəli bilinən 62 nəfər saxlanıldı

10 kiloqram qızılı talayıb bataqlıqda gizlənən dəstə tutuldu - VİDEO
