Sabirabadda DƏHŞƏT: 21 yaşlı oğlan yeniyetmə qızı öldürərək Kürə atdı - YENİLƏNİB
Sabirabadda yeniyetmə qızı qətlə yetirərək Kür çayına atan şəxslə bağlı yeni xəbər var.
Adalet.az-ın məlumatına görə, hadisəni törədən 2004-cü il təvəllüdlü Seyidrəsul Talıbzadə polis əməkdaşları tərəfindən saxlanılıb.
Qətlə yetirilən yeniyetmə qızın meyiti isə sudan çıxarılıb.
***
16:09
Sabirabadda qətl hadisəsi baş verib.
Adalet.az xəbər verir ki, hadisə Sabirabad rayonunun Güdəcühür kəndində qeydə alınıb.
Güdəcühür kənd sakini, 2004-cü il təvəllüdlü Talıbzadə Seyidrəsul Mirmöhsün oğlu aralarında yaranmış münaqişə zəminində, qeyri-rəsmi nikahda olduğu, Şirvan şəhər sakini, 2009-cu il təvəllüdlü N.Ə.-ni qətlə yetirib. O, daha sonra meyiti kəndin ərazisində Kür çayına atıb.
Hazırda Kür çayında meyitin axtarışları aparılır.
Faktla bağlı araşdırma gedir.


Bakı -°C

