22 May 2025 10:04
107
KRİMİNAL

Cinayətdə şübhəli bilinən 60 nəfər saxlanıldı

Mayın 21-də ölkə ərazisində qeydə alınan 56, əvvəlki dövrlərdən bağlı qalan 43 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.   

DİN-in Mətbuat Xidmətindən Adalet.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 86, o cümlədən borclu şəxs qismində axtarışda olan 53 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.      

Narkotiklərlə əlaqəli 35, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 7 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 60 nəfər saxlanılıb.