Avropa Liqasının mükafatlandırma mərasimində biabırçılıq

UEFA Avropa Liqasının final matçından sonra keçirilən mükafatlandırma mərasimində xoşagəlməz hal yaşanıb.
Adalet.az xəbər verir ki, turnirin qalibi olan "Tottenhem" mükafatlandırılan zaman futbolçuların hamısına medal çatmayıb.
Komandanın kapitanı Xın-Min Son, eləcə də Rodriqo Bentankur və Kristian Romero medalsız qalıb.
UEFA prezidenti Aleksander Çeferin sonuncu medalı İv Bissumaya təqdim edib. O, boş qalan mükafat qutusuna təəccüblə baxıb və növbədə medalını gözləyən üç futbolçunun əlini sıxmaqla kifayətlənib.
Xatırladaq ki, "Tottenhem" finalda digər İngiltərə təmsilçisi "Mançester Yenayted"ə qalib gəlib - 1:0.
Digər Xəbərlər

Böyük Qayıdışa həsr olunmuş “Zəfər” şahmat turniri keçirilib - FOTO/VİDEO

"Tottenhem" Avropa Liqasının QALİBİ OLDU

Alleqri "Napoli"nin sükanı arxasına keçə bilər

Avropa Liqasında final günüdür - "Yunayted" "Tottenhem"lə üz-üzə

Yamal Messinin 10 nömrəli formasını geyinəcək

Azərbaycan - Macarıstan oyununun biletləri satışa çıxarılıb

"İnter" və "Napoli" xal itirdi - Çempion son turda bəlli olacaq
