DİN-dən əməliyyat -Saxlanılanlar var

Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışına qarşı mübarizə davam etdirilir.
Adalet.az xəbər verir ki, Qaradağ rayonunda keçirilən növbəti əməliyyat zamanı 31 yaşlı Murad Zamanov və tanışı 46 yaşlı Seyranə Hüseynova saxlanılıblar. M.Zamanovun idarə etdiyi avtomobilə baxış zamanı 14 kiloqram tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana aşkarlanıb.
Saxlanılan şəxslər ifadələrində narkotik vasitələri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsilə Qaradağ rayonu ərazisindən götürdüklərini və ayrı-ayrı ünvanlara çatdıraraq maddi qazanc əldə etmək niyyətində olduqlarını bildiriblər.
Faktla bağlı cinayət işi başlanılıb. Saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Digər Xəbərlər

Ailə münaqişəsi və qısqanclıq zəmnində öldürülənlərin sayı məlum oldu

Azadlıqdan məhrum edilmiş qadınların sayı artıb

Bakıda küçədə 44 yaşlı qadın qaçırıldı

Cinayətdə şübhəli bilinən 62 nəfər saxlanıldı

10 kiloqram qızılı talayıb bataqlıqda gizlənən dəstə tutuldu - VİDEO

Sabirabadda DƏHŞƏT: 21 yaşlı oğlan yeniyetmə qızı öldürərək Kürə atdı - YENİLƏNİB

Elgünün ölümünə qədər qeydə alınmış kamera görüntülərinə baxılıb - VİDEO
