Avroparlament Qazaxıstanla bağlı Qətnamə qəbul edib
Avropa Parlamentinin deputatları dünən keçirilən plenar sessiyada, Qazaxıstanda baş verən insidentlər zamanı insan hüquqlarının pozulması, etirazlar və kütləvi iğtişaşlarla bağlı beynəlxalq araşdırma aparması və AP rejimləri çərçivəsində Qazaxıstanın yüksək çinli məmurlarına qarşı sanksiyalar tədbiq olunması tələbləri barədə Qətnamə qəbul edib.
Qazaxıstanın yuxarı palatasının beynəlxalq əlaqələr, müdafiə və təhlükəsizlik komitəsinin sədri Muxtar Kul-Muxammed, Avroparlamentin bu qətnaməsini tələsik atılmış addın kimi qiymətləndirib. O, bildirib ki, Qətnamənin təşəbüskarları kütləvi iğtişaşlar zamanı silahlı terrorçuların törətdiyi cinayətlər barədə səhih məlumatlara malik olaraq məsələyə üzdən yanaşıblar.
Qazaxıstanlı senator qeyd edib ki, hüquq mühafizə orqanları hazırda istintaq aparır, araqarışdıranlar, təşkilatçılar və terror hücumlarını təşkil edənlər müəyyənləşdirilərək məsuliyyətə cəlb edilirlər. "Buna baxmayaraq, istintaqın nəticələrini, hadisəyə rəsmi hüquqi qiymət verilməsini gözləmədən Avroparlament tələsik qətnamə qəbul edib".
Kul-Muxammed qeyd edib ki, "bu cür nüfuzlu beynəlxalq təşkilat, Avropa Parlamenti, qərar qəbul etməmişdən əvvəl öz deputat qrupunu Qazaxıstana göndərməki, terror hücumlarının fəsadlarını gözləri ilə görməli, mülkiyyətinə zərər dəymiş iş adamları, həlak olanların ailə üzvüləri ilə görüşməli və yalnız bundan sonra hər hansı bir qərar çıxarmalı idi. Təəsüf ki, qəsdən və ya xaricdən olan təsir nəticəsində belə bir qərar qəbul edilib".
Rüstəm Hacıyev
Digər Xəbərlər
26 Sentyabr 2026 10:23
Panda diplomatiyası geri döndü
26 Sentyabr 2026 10:00
“İran artıq ABŞ-yə etibar etmir”
26 Sentyabr 2026 09:52
“İnsanları dəyənəklə əhliləşdirmək lazımdır” - Ukraynada səfərbərlik qalmaqalı
26 Sentyabr 2026 00:10
Xəzərdə batan hərbçilərin adları açıqlandı - Yaxınları fəryad etdi - VİDEO
26 Sentyabr 2026 00:00
Bloomberg: Tramp Zelenskini Putinlə görüşmək üçün Moskvaya getməyə çağırıb
25 Sentyabr 2026 23:52
Gürcüstan 10 ildir axtarışda olan şəxsi ABŞ-yə təhvil verdi
25 Sentyabr 2026 23:41
Putindən Ukrayna, Avropa və ABŞ ilə bağlı açıqlamalar
25 Sentyabr 2026 23:00


Bakı -°C

