adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

AVROPALAŞAN SAĞLAMLIĞIMIZ

FƏRİDƏ RƏHİMLİ
75539 | 2013-03-30 07:28
Ölkədə hərbir vətəndaşın ən çox münasibətdə olduğu sahələrdən biri səhiyyədir. Hər evdə,hər ailədə həkimə, dərmana hər gün ehtiyac duyulur. Amma etiraf edək ki,səhiyyəmizin durumu, həkimlərimizin vəziyyəti, qəbul etdiyimiz dərmanlarıntərkibi və keyfiyyəti həmişə sual doğurur. Bugünlərdə Səhiyyə Nazirliyinintabeçiliyində olan tibb müəssisələrində vakant elan edilmiş yerlərə həkimlərinişə qəbulunun mərkəzləşdirilmiş qaydada aparılması ilə bağlı qərar qəbuledilib...

Hər kəsəməlumdu ki, ölkəmizdə çoxlu sayda tibb müəssisələri fəaliyyət göstərir. Addımabir aptek, klinika, "tibb ocağı", xəstəxana, "loğman"binaları qarşımıza çıxır. Artıq ərzaq mağazalarından çox aptekə rast gəlirik.Bu da təbii ki, tələbatın göstəricisidi. Amma bu tələbatımız ödənilirmi?Həkimlər, xəstəxanalar, oradakı özbaşınalıqlar, savadsızlıqlar, natəmizliklər,xəstələrimizin bu "bol" həkim ordusunu heçə sayıb, xarici ölkələrə üztutmaları səbəbi haqda çox yazılıb, deyilib.Bu problemə əlac kimi, məsələn, İran İslam Respublikası ilə vizatətbiqi, yaxud ordan gətirilən dərmanlarla bağlı söylənilən fikirlərdənsə, əslsəbəbi əksəriyyət təşkil edən həkimlərimizin savadsızlığında, biliyin deyil,arxanın, köməyin, maddiyatın sayəsində iş başına keçən və insan taleyiləoynayanlarda axtarmaq lazımdı. Yazdığı bir müalicə üsulu alınmadısa, yenisinitətbiq edərək, insanlar üzərində "siçovul təcrübəsi" aparanlardaaxtarmaq lazımdı. Gəliri üçün insanların can qorxusundan, inamından istifadəedənlərdə axtarmaq lazımdı. Adi müalicə ilə sağalacaq xəstəni ciddi əməliyyatla"soyan"larda axtarmaq lazımdı. Apteklərdə oxuya bilmədiyi reseptlərdəgüman etdiyi preparatları xəstəyə sırıyan əczaçılarda axtarmaq lazımdı. Təbiimüalicə adı altında ümidsizlərin son ümidini qıranlarda axtarmaq lazımdı.Nəhayət, bütün bunların məsuliyyətini Səhiyyə Nazirliyində axtarmaq lazımdı. Vəmaraqlıdı, bütün bunlar nazirliyin nəzarətindən çıxıbsa, o zaman SəhiyyəNazirliyinin tabeçiliyində olmayan tibb müəssisələrində vəziyyət necədi?

Mən uzunillər şəkər xəstəliyi ilə əlaqədar olaraq poliklinikaya ayaq döyməkdəyəm. Həril də "Dövlət Proqramına Daxil olan Xəstəliklər" seriyasından olanşəkərli diabet xəstələrinin üzləşdiyi problemləri yaxından izləyirəm. Varlıölkə olan pespublikamızda nədən xəstələrin hər birinə düşəcək qədər, tutaq ki,insulin, verilmir? Hər ay neçə - neçə xəstənin əsəbdən şəkəri yüksələrəkpoliklinikanı tərk etdiyini görürəm. Baş həkimsə bunu, xəstələrin sayının günü- gündən artdığı ilə (?) əlaqələndirir. Amma apteklərdə insulin açıq satılır.Anlaya bilmirəm, "Dövlət Proqramına Daxil olan Xəstəliklər"indərmanları çatışmır... Səhiyyə Nazirliyi xəstələr artdığı üçün çatdırabilmir... amma apteklərdə satılır... vəmən alıcısı olduğum Bakı, Xırdalan və Sumqayıtdakı apteklərin heç birindəqiymət uyğunluğu görmürəm. Sanki tibb müəssisəsi deyil, bazardı, kim necəistəyir elə də satır. Halbuki bazarlarda qiymətlərin tənzimlənməsinə böyükehtiyac var. Ehh, hələ tənzimlənəsi o qədər sahələrimiz var ki...

Son vaxtlaröd daşı xəstəliyindən əzab çəkən çoxlu sayda soydaşlarımızın əməliyyatla bubəladan xilas olması həyəcan təbili çalınmasının vaxtı çatdığından xəbər verir.Xəstə bədən üzvünü kəsib pulunu almaqla işini bitmiş hesab edən "milliloğmanlarımız"ı bu qədər öd və böyrək daşının yaranması səbəbi narahateləmir. Əksinə, belə xəstələrin artması onların da pulunun artması deməkolduğundan səslərini çıxarmaq fikrində deyillər. Öd daşından əziyyət çəkən oqədər tanış -biliş, qohum-əqraba var ki, bir adam görən kimi içimdən sual keçir: görəsənbunun ödü var? O cümlədən də 2011 - ci ilin stasistikasına görə sayı 29 minəçatan və əsas hissəsini Bakı şəhəri əhalisinin təşkil etdiyi onkolojixəstəliklər və getdikcə cavanlaşan şəkərli diabet xəstəliyi.

Gəldiyimbir nəticə var - bizdə rəqabət keyfiyyətə gətirib çıxarmır, əksinə xaosyaradır. Bu qədər həkim ordusu, saysız - hesabsız klinikalar, xəstəxanalar,apteklər xəstə sayının artmasına səbəb olur, nəinki azalmasına. Yadımdadı ki,sabiq səhiyyə nazirimiz özü xəstələnəndə xaricdə müalicə olundu. İmkanlılarımızın, vəzifəlilərimizin hamısınınAlmaniyada, İngiltərədə, İsraildə müalicə keçdikləri heç kimə sirr deyil. Bu,səhiyyəmizin səviyyəsini açıq göstərir.

Azərbaycandaapteklərdə dərmanların qiymət məsələsi barədə nazirlik nümayəndəsinin açıqlamasından:"Avropa ölkələrində dərmanlar üçün vahid qiymət tətbiq edilir. AncaqAzərbaycanın qonşu ölkələrində bu, tətbiq edilmədiyi üçün bizim müəyyən qədərçətinliyimiz vardı". Yenə Avropa... Bu açıqlamanı hər kəs necə anladıbilmirəm, amma mənim burnuma qiymət artımı qoxusu gəlir. Birdən - birə on dəfə dərman qiymətləriartımını yəqin ki, xatırlayanınız var?

Ümumiyyətlədərmandan imtina etsəkmi, nə deyirsiniz?

P.S. Artıqvakant yerlərə həkimlərin qəbul testinin ilk mərhələsi arxada qaldı. Xeyirlisi...

FəridəRƏHİMLİ

[email protected]

TƏQVİM / ARXİV